YAP-ın siyahısında adı yer alan Ağalar Vəliyevin dairəsi niyə dəyişdi? - Siyahıda ilginc məqam

15-09-2015, 21:37           
YAP-ın siyahısında adı yer alan Ağalar Vəliyevin dairəsi niyə dəyişdi? - Siyahıda ilginc məqam
Məlum olduğu kimi az əvvəl hakim partiya deputatlığa namizədlərinin siyahısını açıqladı. Qeyd edək ki, siyahıda total dəyişiklik müşahidə olunmadı. Amma bəzi yeniliklər də gözlənilir. Söhbət rektor-deputatlarla bağlıdır.

DİA.AZ bildirir ki, az əvvəl açıqlama verən YAP-çı deputat Siyavuş Novruzov bəyan etmişdi ki, deputat-rektorlara tələb qoyulub: Ya rektoruluq, ya da deputatlıq.

Məlum olduğu kimi yeni siyahıda yenə də bəzi rektorların adı saxlanılır. Onların arasında Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Əbiyevin və Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun da adları yer alır. Görünəni odur ki, onlar rektorluqlarını itirəcəklər.

Dəyişiklik tək bundan ibarət deyil. Məsələn, elə deputatlığa namizədlər var ki, YAP onlardan imtina etmiş kimidir. Həmin namizədlərdən biri adı siyahıda YAP tərəfindən 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən irəli sürülmüş kimi görünən Ağalar Vəliyevdir.

DİA.AZ bildirir ki, son zamanlar adı bir çox qalmaqallarda, yeyintidə hallandırılan Ağalar Vəliyev hazırda cibində 11 saylı Qaradağ seçki dairəsinin mandatını gəzdirir. İndi isə Vəliyevin namizədliyi 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən irəli sürülüb. Bu fakt isə Ağalar Vəliyevdən imtina kimi görünən bir qərara ehtiva edir. Çünki digər "stavka" olunan namizədlərin əksəriyyəti bu şəkildə sürgün olunmayıb.

Şərhimizin davamı olacaq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.