Nazirlə generalın davasında meydan sulayan deputat - 1:0 Ağalar Vəliyevin xeyrinə...
16-09-2015, 09:45
"Aqrartikinti"nin rəhbəri, deputat Ağalar Vəliyev nəqliyyat naziri Ziya Məmmədovla savaşda ilk qələbəsini qazanıb.
İstiqlal.az-a daxil olan məlumata görə, Ziya Məmmədov son ana qədər Ağalar Vəliyevin adının hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədlər siyahısına salınmamsına çalışsa da məqsədinə nail ola bilməyib. YAP 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Ağalar Vəliyevin namizədliyini irə sürüb. Ziya Məmmədovla Ağalar Vəliyev arasında qarşıdurmaya gəlincə, məsələnin kökündə deputatın "Azəryolservis" ASC-nin sədri olmaq iddiasıdır.
Məlumatlara görə, bu məsələd ona prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubov dəstək verir. Bildirilir ki, Ziya Məmmədov məhz bu səbəbdən yaxın adamı Saleh Məmmədovu "Azəryolservis"in sədri vəzifəsinə təsdiq etdirə bilmir. Ağalar Vəliyev Bəylər Əyyubov vasitəsilə prezidenti inandırıb ki, o "Azəryolservis"i daha yaxşı idarə bilər.
Həmçinin Ağalar Vəliyev bu qurumun Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılmasının zəruri olduğunu bildirib. Onun Ziya Məmmədovla bağlı "yuxarılar"a hansısa kompramatlar ötürdüyü da gələn məlumatlar sırasındadır. Ziya Məmmədov da baş verənlərdən xəbərdar olduğu üçün Ağalar Vəliyevi "vurmağa" çalışır. Lakin hələ ki, nazir istəyinə nail ola bilmir.