Zakir Fərəcova ilk müqavimət həmkarından gəldi - Razim Məmmədov Sumqayıın icra başçısına nə tövsiyyə etdi?

16-09-2015, 15:30           
Zakir Fərəcova ilk müqavimət həmkarından gəldi - Razim Məmmədov Sumqayıın icra başçısına nə tövsiyyə etdi?
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun şəhər həyatında tətbiq etdiyi yenilik və dəyişikliklər ölkə mediasında birmənalı dəyərləndirilməsə də, bu yeniliklərin vətəndaşların sosial rifahı baxımından məqsədəuyğun olduğu şübhəsizdir. İcra başçısının bağlanın yol və səkiləri açması, park və xiyabanları yaşıllıqları “işğal edən” obyektlərdən təmizləməsi, vətəndaşların probleminə laqeydliklə yanaşan məmurları sərt cəzalandırması sadə insanlar tərəfindən rəğbətlə qarşılanmaqdadır. Lakin görünən odur ki, Z.Fərəcovun məlum yeniliklərindən narahat olanlar da az deyil.
Moderator.az-a daxil olan məlumata görə Z.Fərəcovun yeniliklərindən narazı qalanlardan biri də Bakının Xətai rayonunun icra başçısı Razim Məmmədovdur.
Redaksiyamızı məlumatlandıran mənbənin sözlərinə görə, Z.Fərəcovun Sumqayıtda “14 mərtəbə” kimi tanınan ərazidə R.Məmmədova məxsus olduğu iddia edilən klinikanın qarşısındakı ərazidə geniş və müasir tələblərə cavab verən dayanacaq yaratmaq cəhdi Xətai Rayon İcra Hakimiyyəti başçısının etirazına səbəb olub.
Z.Fərəcovun vətəndaşların rahatlığı və gediş-gəlişin maneəsiz təmini üçün həyata keçirmək istədiyi yeniliyi özünə qarşı həqarət hesab edən R.Məmmədov həmkarına zəng edərək ona öz etirazını bildirib. Söhbət əsnasında bir qədər də irəli gedən R.Məmmədov Z.Fərəcova “məsləhət” də verib. Belə ki, R.Məmmədov həmklarına bu cür dayanacaqlardan öz obyektlərinin qabağında da inşa etməyi tövsiyə edib.
İki icra başçısı arasındakı məlum narazılıqdan sonra Z.Fərəcov ərazini tərk edib. Hələlik klinika qarşısında dayanacaq inşa etmək üçün hansısa söküntünün aparılıb-aparılmayacağı bəlli deyil.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.