Səhiyyə naziri Oktay Şirəliyevin işdən çıxarılması xəbəri yayıldı
8-07-2018, 20:21
Artıq iki gündür Səhiyyə Naziri Oktay Şirəliyev vəzifəsindən uzaqlaşdırılıb. Bu barədə artıq bütün səhiyyə işçilərinə məlumat da verildiyi qeyd edilməkdədir. Etibarlı mənbə həmçinin qeyd edib ki, xəstəxanalarda yüzlərlə körpənin ölməsi O.Şirəliyevin bitiş nöqtəsi olub. Səhiyyə nazirinin ölkə rəhbərini aldatması pik həddə çatıb. Bütün səhiyyə ocaqları generatorlarla təhciz edildiyini bildirsədə bunlar yalan çıxıb. Doğum evlərində yüzlərlə körpə tələf olub.
Yeni nazirin kimliyi isə hələlik məlum deyil.
Oktay Şirəliyevin çıxarılması ilə bağlı rəsmi qurumlar heç bir məlumat yaymayıb. Məsələnin nə qədər ciddi olduğu son günlərdə baş vermiş olaylardan müəyyən edilməkdədir.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyin dinləməyə hazırıq.