Hindistanda balıqçı nadir rastlanan 29 balıq tutub və bir gecədə milyoner olub VİDEO

Bu gün, 16:34           
Hindistanda balıqçı nadir rastlanan 29 balıq tutub və bir gecədə milyoner olub VİDEO
Hindistanın Odişa ştatında balıqçı kişi nadir rast gəlinən çox sayda balıq tutaraq bir gecədə milyonçu olub.

Bu barədə "KalingaTV" məlumat verib.

Balıqçı Diqha çayının deltasında ov edərkən toruna eyni vaxtda 29 balıq düşüb ki, bu da nadir rast gəlinən böyük ov hesab olunur. Hər bir balığın çəkisi 20 kiloqramdan çox olub.

Balıqçı ovunu hərraca çıxardığı zaman izdiham yaranıb. Nadir balıqları görmək üçün turistlər və yerli sakinlər toplaşıblar. Elə həmin gün balıqlar satılıb. Müəyyən bir şirkət 29 balıq üçün 3,3 milyon rupi (65 min manatdan çox) məbləğində vəsait ödəyib.

Elmi adı "Cynoscion nebulosus" olan bu balığa Cənub-Şərqi Asiyada böyük tələbat var. Onların orqanlarından ənənəvi tibbdə istifadə olunan iksirlərin hazırlanmasında istifadə edilir. Bundan əlavə, bu balıqlar kosmetika istehsalında da tətbiq olunur.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.