"Apple" Trampın tələbinə qarşı çıxdı

Bu gün, 16:58           
"Apple" Trampın tələbinə qarşı çıxdı
Tayvanın elektronika istehsalçısı "Foxconn" Hindistanda "Apple"ın istehsal strategiyasında iştirakını əhəmiyyətli dərəcədə genişləndirəcək. Şirkət ilk dəfə olaraq "iPhone" üçün metal korpusların istehsalı ilə məşğul olacaq.

Oxu.Az xəbər verir ki, bu barədə "The Economic Times" məlumat yayıb.

Bu addım "iPhone" istehsalında yerli əlavə dəyərin faizini yalnız bir qədər artıracaq (korpus adətən cihazın material dəyərinin 2-3%-ni təşkil edir). Sənaye analitiklərinin fikrincə, "Foxconn"un Hindistanda ümumi əlavə dəyəri 10%-dən çox olmayacaq.

Qeyd olunur ki, artıq yeni bölmənin tikintisi aparılır.

Xatırladaq ki, bundan əvvəl ABŞ-nin prezidenti Donald Tramp "iPhone"un ABŞ-də istehsal olunmasını tələb etmiş, əks halda "Apple"ın baş direktoru Tim Kuku ən azı 25%-lik tarif tətbiq edəcəyi ilə hədələmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.