Dünyanın ən yaxşı restoranı açıqlandı

21-06-2025, 16:04           
Dünyanın ən yaxşı restoranı açıqlandı
Turində dünyanın 50 ən yaxşı restoranının illik reytinqinin nəticələrinə yekun vurulub.

Bu barədə CNN məlumat yayıb.

Məlumata görə, birinci yeri aşpaz Mitsuharu Tsumuranın Yapon tenikası və Peru məhsullarını birləşdirən Limadakı "Maido" restoranı tutub.

İkinci yerə İspaniyadakı "Asador Etxebarri", üçüncü yerə Meksikadan "Quintonil" layiq görülüb.

İlk onluğa həmçinin: "Diverxo" (Madrid), "Alchemist" (Kopenhagen), "Gaggan" (Banqkok), "Sezanne" (Tokio), "Table by Bruno Verjus" (Paris), "Kjolle" (Lima) və "Don Julio" (Buenos Ayres) daxil olub.

Bu il reytinqə 22 ölkə və 32 şəhərin restoranları təmsil olunub.

Reytinq dünyanın müxtəlif ölkələrindən 1080 restoran sənayesi ekspertinin, o cümlədən aşpazların və qastronomiya üzrə jurnalistlərin səsverməsinə əsaslanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru