Onlayn kredit götürmək istədi, qarşı tərəfin dələduzluğunun qurbanı oldu

21-06-2025, 16:14           
Onlayn kredit götürmək istədi, qarşı tərəfin dələduzluğunun qurbanı oldu
Onlayn kredit götürmək istəyən şəxsin başına iş gəlib.

TEREF Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxt sakini Həsən Məmmədov iddia edir ki, ötən il sosial şəbəkələrin birindən tapdığı səhifəyə kredit üçün müraciət edib, bunun üçün onlara şəxsiyyət vəsiqəsinin şəklini də göndərib.

Lakin daha sonra Həsən Məmmədov onların dələduz olduğunu anlayaraq, vəsiqəsinin şəklini mesajlardan silib, lakin o, gözləmədiyi hadisə ilə qarşılaşıb.

Həsən Məmmədov bildirib ki, ona məxsus şəxsiyyət vəsiqəsi ilə səhifə sahibi tərəfindən digər şəxslərə qarşı dələduzluq edilib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov deyib ki, vətəndaş Həsən Məmmədovun müraciəti üzrə araşdırma aparılır.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru