Merilin Monro "Uliss" (Ulysses) romanını oxuyur.

22-06-2025, 00:03           
Merilin Monro "Uliss" (Ulysses) romanını oxuyur.
Amerikalı fotoqraf Eva Arnoldun 1955-də çəkdiyi foto.
Merilin Monro "Uliss" (Ulysses) romanını oxuyur.
Fotoda ancaq Monronun gözəlliyini görürük.
Və bir də oxuduğu kitabı.
Ceyms Coysun (James Joyce) kultlaşmış kitabını bu qiyafətdə, bu şəkildə qiraət etməsi inandırıcı deyil. Ulissi oxuyub bitirən çox az insan tanıyıram, modernizmin şah əsəri sayılan bu əsərin dili çətin, oxunması ağırdır.
Merilin Monro kadrda kitabın son səhifələrindədir.
Doğurdanmı tanınmış Hollivud aktrisası Ulissi oxuyub bitirmək üzrədir?
Doğurdanmı o, bunu bacaran nadir oxuculardandır?
Şəxsən mən inanmıram.
Baxmayaraq ki, Monro oxuyan, yazan, şəxsi kitabxanasında 400-dən çox kitabı olan ağıllı və zəki bir qadın kimi bilinirdi.
Merilin Monronun IQ-sünün 168 olduğu haqda rəvayətlər var.
İnanmayacaqsınız, amma Eynşteyn kimi bir dahinin IQ-nün 160 olduğu yazılır.
İbrahim Nebioğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru