“Patriot” sistemlərinin tədarükü ilə bağlı Trampın komandasına sorğu vermişik - Zelenski

22-06-2025, 00:02           
“Patriot” sistemlərinin tədarükü ilə bağlı Trampın komandasına sorğu vermişik - Zelenski
Ukrayna ABŞ-nin maliyyə naziri Skott Bessent vasitəsilə ölkə Prezidenti Donald Trampa “Patriot” sistemlərinin tədarükü ilə bağlı sorğu göndərib.

“Report”un Ukrayna KİV-inə istinadən verdiyi məlumata görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski brifinqdə bildirib.

NATO sammiti zamanı Trampla görüşün keçirilməsi mümkünlüyü ilə bağlı sualı şərh edən Zelenski hər iki ölkənin komandalarının təmasda olduğunu və mümkün görüşlərin gündəliyinin hələ formalaşdırıldığını deyib.

Ukrayna liderinin sözlərinə görə, o, Kanadada bu məsələni NATO-nun baş katibi Mark Rütte ilə müzakirə edib və ölkəsinin sammitin işində iştirakında maraqlı olduğunu bildirib.

O vurğulayıb ki, Kiyev "Arzuedənlər koalisiyası"nın liderləri səviyyəsində görüşün keçirilməsində maraqlıdır və belə təmaslar məhz sammit zamanı baş tuta bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru