Çində fırtına və daşqınlara qarşı möhtəşəm ixtira: Kareta-maşın yolları fəth edir VİDEO
Bu gün, 16:08
Çinlilər yenə də kreativlikləri ilə təəccübləndiriblər. Ölkədə baş verən daşqınlar və fırtınalı hava şəraiti yerli sakinlərdən birini qeyri-adi bir maşın yaratmağa vadar edib - o, avtomobilini nəhəng təkərlərlə təchiz edərək kareta-maşına çevirib.
Bu barədə "KP - Dalniy Vostok" "Telegram" kanalında görüntülər yayılıb.
Paylaşılan videoda sürücünün "modifikasiya etdiyi" avtomobilin su basmış yolları və iri gölməçələri asanlıqla keçdiyi görünür. Maşın sanki suda yox, quru yolda hərəkət edir.
"Maşının sahibi onu nəhəng təkərlərlə təchiz edib və indi heç bir fırtına, sel və ya siklon ona mane ola bilmir. Primoryedə gözlənilən təbii fəlakətlər fonunda bu ideya xüsusilə əhəmiyyətlidir", - deyə nəşr qeyd edir.
Çin sosial şəbəkələrində sürətlə yayılan bu qeyri-adi maşın orijinallığı ilə hər kəsin marağına səbəb olub.