Bu xanım Azərbaycanın 10 kəndinə su çəkdirdi: 50 mindən çox insanı əhatə edir - MÜSAHİBƏ

4-02-2019, 15:30           
Bu xanım Azərbaycanın 10 kəndinə su çəkdirdi: 50 mindən çox insanı əhatə edir - MÜSAHİBƏ
Etika Akademiyasının rəhbəri, hüquqşünas və Britaniya təhsilli HR Günel İbrahim Azərbaycanın 10 kəndini içməli su ilə təchiz edib.

O AZXEBER.COM-a müsahibəsində keçirdikləri layihə haqda geniş məlumat verib.


- Günel xanım, necə oldu regionlarda içməli su layihələrini edirsiniz ?
- Ünsiyyət qurmaq bacarığı, firkiləri doğru ifadə edə bilmək danışıqların özəyidir. Etika Akademiyasının rəhbəri kimi bir çox iaşə obyektlərinə, insan resurslarına təlimlər veririk. Bir çox şirkətlər ölkəmizə öz korporativ məsuliyyətlərinə xüsusi fikir verirlər. Onlarla apardlğımız danışıqlar sayəsində təhsilə aztəminatlı ailələrə, internat məktbələrinə və su probləmləri olan regionlara dəstək durmağa çalışırıq.

- Niyə məhz içməli su probləmlərimizə aid layihələr və bu nə qədər vacibdir ?

- Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, hazırda dünya əhalisinin 80 faizi keyfiyyətsiz, 40 faizi isə çirkli, ziyanlı sudan istifadə edir. Ona görə də dünyanın hər yerində təmiz su ilə təmin olunmaq kəskin problem sayılır. Son illər dünyada eybəcər, qüsurlu, müxtəlif fəsadlarla doğulan körpələrin sayının 12-14 faiz, bir yaşa qədər ölənlərin isə 18-20 faiz çoxalmasının əsas səbəblərindən biri də çirkli sudan istifadə edilməsi ilə bağlıdır. Azərbaycanın şirin su ehtiyatları olduqca azdır və bu göstəriciyə görə respublikamız Cənubi Qafqazın ən kasıb ölkəsi hesab olunur. Azərbaycanda 8300-dən artıq irili-xırdalı çay var.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda , ölkədə əhalinin keyfiyyətli içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Artıq Bakıda su sisteminin yenidən qurulması istiqamətində əsaslı işlər görülməsinə başlanılıb. Bu məqsədlə ölkə Prezidentinin tapşırığı ilə "İçməli su" Milli Planı hazırlanıb. Planın birinci fazasına uyğun 50-yə yaxın inzibati ərazi tədqiq olunub. Rayonlarda - Yevlax, Zərdab, Ağcabədi, Kürdəmir, İmişli, Sabirabad, Saatlı, Salyan, Neftçala və Biləsuvar rayonlarının 100 yaşayış məntəqəsində 2007-2008-ci illərdə modul tipli sutəmizləyici qurğuların quraşdırılmasına başlanılmış və bir çoxunda qurğular artıq əhalinin istifadəsinə verilmişdir. Ölkənin regionlarında modul tipli sutəmizləyici qurğuların quraşdırılmasının gələcəkdə də davam etdirilməsi keyfiyyətli içməli su ilə bağlı problemləri olan yaşayış məntəqələrini ekoloji cəhətdən təmiz su ilə təmin edəcək və ümumilikdə əhalinin sosial rifahının yaxşılaşdırılmasına səbəb olacaqdır.

Bu məsələyə aid bir çox özəl şirkətlər , qurumlar öz KSM –ni məhz su layihələrinə xərcləyirlər. Qeyri Hökümət Təşkilatları bu layihələrin icrasında önəmli rol oynayırlar.

- Rəhbərliyini etdiyiniz içməli su təminatı üzrə layihələr bir şirkətdi ya bir neçə ?

- Sırf su üzrə layihəmizi 80% maliyyə dəstəyini JTİ (Japon Tabacco İnternational) alırıq. Digər hissəsini öz təşkilatımızn büdcəsi hesabına həyata keçiririk. Mən Etika Akademiyasından əlavə Milli QHT Forumunda gəlir mənbələri üzrə müşavirəm. Hər iki təşkilatımiz çərçivəsində layihənini icra edirik.

Son 4 ildir İsveçrədə yerləşən , nümayəndəliyi Bakıda da olan JTİ ilə partnyorluq edirik. 2014 -2018 illəri ərzində 10 rayonda layihə icra etmişik. 50000 dən artıq əhalini əhatə edə bilmişik.

- Günel xanım 10 kənd, layihə hansı rayonlarda icra edildi?

- Kürdəmir, Balakən, Lerik , Yardımlı, Şamaxı, Salyan, Ağdam, Ağcabədi , Tovuz və Samux rayonlarıdır. Bu il daha 3 kənd nəzərdə tutulmuşdur.

İlk rayonumuz Kurdəmir rayonunun Qarasaqqal kəndi idi. O kənddə kanal suyun təmizlənməsi ilə içməli əldə edə bildik. Çox çirkili olduğuna görə bizdən öncə də cəhd edənlərin qurğuları qırılırdı. Lakin son müasir ionlaşdırma texnologiyasından istifadə edərək davamlı içməli su mənbəyi əldə edə bildik. Bu layihəm görə Amerika Ticarət Palatası tərəfindən birincilik əldə etdi. Digər xüsusi yadda qalan və həssaslıqla yanaşdığımız Ağdam rayonun Dörd yol kəndi idi.

- Bir layihəni neçə müddətə icra edirsiz? Bir xanım olduğunuzu da nəzərə alaraq tikinti, qazıntı işlərini idarə etmək çətin gəlmir ?

Bir layihə təxminən 2 ay müddətinə icra edilir. Qazıntı işləri aparılır ,əgər bu sub-artezian quyusudursa, təxminən 85 -95 metr dərinlikdən su əldə edilir. Nasosnan üzə çıxarılır. Tonlarla çən quraşdırılır. Əgər suyun təmizlənməsidirsə xüsusi qurğular qurulur və tam içməli su əldə edilir.

Xeyr , artıq çətin gəlmir. Ilk layihələrimdə daha çox həyəcanlı idim. Artıq 10 kənddə layihənin idarəsi və icrası təcrübə qazandırıb. Mütəxəsislərdən ibarət komandamiz var . Bu geoloqlardı, tikinti üzrə peşəkarlar və su üzrə ekpertlərdir.

- Günel xanım işlərinizdə müvəfəqiyyətlər arzu edirik. Sonda demək istədiyiniz bir fikir varmı ?

- Mən təşəkkür edirəm diqqətinizə görə. Regionlarımızın sosial iqtisadl inkişafı və rifahı üçün ölkə başçısı cənab İlham Əliyev daim sərəncamlar verir, maliyyə ayiırır, diqqət yetirir. Biz də öz vəzifə borclarımızdan kənar sosial məsuliiyətimizi tam dərk etsək və töhfəmizi versək buna daha sürətlə nail olacayıq.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.