Ziya Məmmədov niyə prezidentin yanında görünmür? - "Bu barədə danışmaq istəmirəm"

6-11-2015, 13:44           
Ziya Məmmədov niyə prezidentin yanında görünmür? - "Bu barədə danışmaq istəmirəm"
Noyabrın 4-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib.

BAKU.WS-in məlumatına görə, tədbirdə yenə də nəqliyyat naziri Ziya Məmmədov iştirak etməyib. Nəqliyyat nazirliyindən yalnız "Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədr əvəzi Saleh Məmmədov iştirak edib.

Nəqliyyat nazirinin bu dəfə nə səbəbdən yeni yol açılışında iştirak etməməsinin səbəbi bilinmir. Bunun səbəbini Nəqliyyat Nazirliyində də bilən yoxdur. Saytın reportyoru Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovdan soruşub.

"Ziya Məmmədovun həmin tədbirdə iştirak etməməsinin səbəbini bilmirəm. Mən ümumiyyətlə bu barədə danışmaq istəmirəm”, - deyə Namiq Həsənov bildirib.

Qeyd edək ki, ötən ay da yol açılışında nazir Ziya Məmmədov iştirak etmirdi. O zaman qurum bunun səbəbini nazirin məzuniyyətdə olması ilə əsaslandırdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru