“Bəs o biri məmurların villaları niyə üzə çıxmır?“ - Partiya sədri
22-12-2015, 13:57
Hafiz Hacıyev: “Bu günlərdə təkcə Eldar Mahmudovla, Akif Çovdarovun villaların ortaya çıxardıblar. Bəs o biri vilallar niyə üzə çıxmır?”
Bu sözləri PİA.AZ-a açıqlamasında Müasir Müsavat Partiaysının sədri Hafiz Hacıyev deyib.
Xatırladaq ki, MTN-dən sonra mətbuatda bəzi nazirlik və dövlət komitələrinin də ləğv ediləcəyi ilə bağlı xəbərlər yayılmaqdadır. Bəs bəzi qurumların ləğv edilməsi ölkədaxili iqtisadi və sosial inkişafa təsir göstərə bilərmi? Ümumillikdə hansı qurumların ləğv olunması daha vacibdir?
Bu barədə PİA.AZ-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, Azərbaycanda bir çox nazirliklərə ehtiyac yoxdur. Onların müəyyən hissəsin ləğv edib çevik bir qurum yaratmaq lazımdır:
“Bu gün Azərbaycanda bir-birin təkrar edən paralel qurumlar çoxdur və onlara ehiyac yoxdur. Onların hamısı ya ləğv olunmalı ya da vahid bir qurumda birləşdirilməlidir. Onların içindən ləyaqətli olanlar seçilməlidir. Mən kifayət qədər dövlətçiliyi bilən insanam. Mən Kərimov Əli kimi meydandan, ya da Cəmil Həsənli kimi kənddə dana otarıb gəlib, bu gün professor adı almamışam. Ona görə deyirəm ki, bu qədər dövlət qurumlarına ehtiyac yoxdur. Mən bir təklif vermişdim ki, Kənd Təsərrüfatı və Ərzaq təhcizatı komitəsi yaradaq. Onun sədri də baş nazirin birinci müavini olsun və orada bütün qurumların bir neçəsi birləşdirilisin. Hafiz Hacıyevi də 6-7 ay orada sınasınlar və görsünlər ki, bu aylarda Azərbaycanda kənd təsərrüfatı və iqtisadiyyatı hansı səviyyədə inkişaf edəcək. Əgər bu inkişafa nail ola bilməsəm Azadlıq meydanında özümü asmağa hazıram. Amma mənə bu şəraiti yaratmazlar, çünki onlara bacarıqlı adam lazım deyil. Onlara dağıdan, satqın, millətini sevməyən adamlar lazımdır.
Azərbaycanda kənd təsərrüfatı batıb gedir. Bu gün nefdən asılılığımızı aradan qaldırmaqdan ötrü kənd təsərrüfatın inkişaf etdirməliyik. Amma kənd təsərrüfatında heç nə artmayıb. Bizim hörmətli nazirimiz Belarusun aqrolizinginin nöməsin bir sahibkara verir və elə bilir ki, bu kənd təsərrüfatın inkişaf etdirir. Bu ədalətsizlikdir. O nazirdən soruşmaq lazımdır ki, neçə hektar torpağı şoranlaşmadan azad edib kənd təsərrüfatına yararlı vəziyyətə salmısan? Bu gün Azərbaycan sahibkarı istehsal etdiyi məhsulun əlində qalıb. Məsələn maldarlıq sahəsində sağılan süd sahibkarın əlində qalıb, sata bilmir. Buna baxmayaraq bizimkilər xaricdən paraşoq gətirib onu süd edib, baha qiymətə satırlar.
Bəs Kənd Təsərrüfatı naziri hara baxır? Taxıl - artmayıb xaricdən alırıq, ət – daxili bazar ödəmir yenə xaricdən gəlir, kartof – 1 kilo belə artmayıb. Görən bizim nazirimiz nə işlə məşğuldur? Nazirliyə də zəng edəndə katibələrdən başqa heç kəs cavab vermir. Mən bu işlərin pisiyəm. Kənd Təsərrüfatının keçmiş naziri İsmət Abbasov, indi də baş nazirin müavinidir. Baş nazirin müavini, kənd təsərrüfatına baxan bir adamı bu günə qədər kimsə görübmü nə isə yenilik eləsin?Bu gün yumurtanın qiyməti qalxıb. Niyə qalxmalıdır qiymət? Mən həmişə xalqın arasında oluram. Ona görə də, hamı mənə deyir ki, Hafiz müəllim siz hara baxırsız? Bu gün ölkədə bir sapataj gedir, ölkədə təhlükələr gözlənilir. Mən bunları deməsəm xəyanət etmiş olaram. Bütün bunların hamısın millətim naminə deyirəm.
Partiya sədri: “Nazirdən soruşmaq lazımdır ki, neçə hektar torpağı şoranlaşmadan azad edib kənd təsərrüfatına yararlı vəziyyətə salmısan?”
Bu günlərdə Milli Təhlükəsizlik Nazirliyinin ləğv edilməsi və orada çalışan adamların işdən azad olunması çox böyük problemdir. Yəni çox sirlər var ki, o adamlar bilirlər və onlar da sakit dayanmayacaqlar. Mən hələ düşünə bilmirəm ki, bu adamlar Azərbaycanda sabitliyin pozulmaması üçün nə isə düşünsünlər. Onlar hər dəqiqə vətənimizə, xalqımıza zərbə vurmaqdan ötrü çalışacaqlar. Çünki onların prezidentə xəyanət edən müəllimləri də, özləri də azaddır. Əsas komanda azaddır, 7-8 generalın həbsi ilə iş bitmir. Biz vətənimizi qorumaq üçün özümüzü şəhid etməyə də hazır olmalıyıq. Mən düşünmürəm ki, tez bir zamanda sabitliyi təmin edə biləcəyik.
Mənim Mədət müəllimə böyük hörmətim var və əminəm ki, sadiq adamdır. Amma gəlin görək onun sadiqliyinə imkan verəcəklərmi? Arzu edirəm ki, indiki yaranan qurum Azərbaycan dövlətinin daxili təhlükəsizliyini qorusun. Xarici təhlükəsizliyi indi tamam kənar adama veriblər. Onun haqqında da kiyafət qədər məlumatım var və bilirəm ki, kifayət qədər təcrübəsi var, bu işin öhdəsindən də gələ biləcək. Amma əsas daxildir. Biz daxili təhlükəsizliyi təmin edə bilsək ölkənin vəziyyəti də düzələcək. Amma buna da mən inanmıram. Çünki etibar edilən insanlar, etibarlı insanlardır, amma onlara imkan verməyəcəklər. Ağa bir olar, amma bizdə ağa bir deyil. Bizim bir neçə ağamız var və o ağalar da imkan verməyəcəklər ki, prezidentimiz İlham Əliyev ölkədə firavanlığı qoruyub saxlasın.
Hafiz Hacıyev: “Mən Azərbaycan xalqını, sağlam müxalif fikirli qüvvələri həmişə dəvət etmişəm ki, gəlin prezidentin ətrafında sıx birləşək”
Ölkədə əsas komandaların hamısı bir-biriylə qudadırlar. Məsələn Ziya Məmmədovla Kənd Təsərrüfatı naziri qudadır. İndi bu nazirlərin biri yaxşı biri də, pis ola bilər? Olmaz. Demək pisdirsə, ikisi də pisdir. Necə olur ki, Kənd Təsərrüfatı nazirinin yeznəsi gedib ABŞ-da prezidentin əleyhinə təbliğat aparır. Belə çıxır ki, yeznə təbliğat aparır, amma qaynatası prezidentin etimadını qazanmış Kənd Təsərrüfatı naziridir.
Demək bunların hamısının məqsədi eynidir. Burada qorxmaq lazım deyil, əksinə bunların kökün kəsmək lazımdır. Prezident hamıya yaxşı ola bilməz. Biz də öz sözümüzü deməliyik. Mən də bunları deyirəm və buna görə aparatda çox adamların məndən xoşu gəlmir. Amma mən prezidentimizə görə həmişə bütün bu işləri demişəm bundan sonra da deyəcəm. Yenə deyirəm vəzifə verilən şəxslər ləyaqətli adamlardır, amma çox istərdim ki tək prezidentin tapşırıqların yerinə yetirsinlər. Bu zaman ölkəmizin təhlükəsizliyi təmin oluna bilər.
Mən Azərbaycan xalqını, sağlam müxalif fikirli qüvvələri həmişə dəvət etmişəm ki, gəlin prezidentin ətrafında sıx birləşək. Kərimov Əlilərlə, Həsənov Cəmilləri müdafiə edən, prezident aparatında olan bəzi insanların adın açıq deyək. O cümələdən də Milli Şuranın Rusiyanın tapşırığı ilə Azərbaycanda Cəmil Həsənlini şişirdib göylərə qalıran və prezident seçkilərində debatlarda Cəmil Həsənliyə o yalançı bank hesabların verən, yalançı xarici dövlətlərdə olan mülkərin adlarının üzə çıxardaq. Bunların hamısı da mən dediyim mənbələrdən idarə olunan adamlardır. Biz bu işləri açsaq, bu zaman prezident rahat işləyə bilər.
“Azərbaycanda Baytarlıq İdarəsi nəyə lazımdır? O idarəyə də ildə milyardlarla xərc ayırırlar. Baytarlıq idarələri özəlləşməyə getməlidir”
Yenə qeyd edim ki, Azərbaycanda bir çox nazirliklərə ehtiyac yoxdur. Onların müəyyən hissəsin ləğv edib çevik bir qurum yaratmaq lazımdır. Mən yenə deyirəm Azərbaycanı birinci olaraq öz ərzaqları ilə təhciz etmək lazımıdır, yəni kənd təsərrüfatın inkişaf etdirmək lazımdır. Bu sahədə yeni texnalogiyanı qurmaq lazımdır. Kənd Təsərrüfat naziri məndən inciməsin, amma işi bacarmır. O nazir olan ili cənab prezident “kənd təsərrüfatı ili” elan etmişdir. Bu illərdə nə iş görülüb? Necə min hektar yerdə yenidən arpa, buğda, taxıl əkilib? Bu gün sahibkarı qınayırlar, amma sahibkar torpağın sulamağa su tapmır. Nazirlikdə olan bir çox adamlar ancaq bütün günü öz pullarını artırmaqla məşğuldurlar. Kənd Təsərrüfatının keçmiş naziri İsmət müəllim Londonda oğluna 2 milyon yarımlıq villa alıb, axşama qədər o villanın ağaclarının sulanması ilə məşğuldur. Ayda aldığı maaş iki min manat olduğu halda bu villanı necə alıb? Bu günlərdə təkcə Eldar Mahmudovla, Akif Çovdarovun villaların ortaya çıxardıblar. Bəs o biri vilallar niyə üzə çıxmır? Biz istəyirik ki, ciddi bir struktur yaradılsın və oraya səlahiyyətə malik olan, vətənini sevən bir insanı vəzifəyə qoysunlar ki, o da xalqına xidmət etsin.
Məsələn Azərbaycanda Baytarlıq İdarəsi nəyə lazımdır? O idarəyə də ildə milyardlarla xərc ayırırlar. Baytarlıq idarələri özəlləşməyə getməlidir. Sahibkarın da malı varsa, getsin özünə baytar həkim tapıb işlətsin. Yəni çox ciddi məsələlər var. Onların detallarına toxunsaq onda gərək aylarla danışaq. Ən vacib də, Azərbaycanda Kənd Təsərrüfatı və Ərzaq təchizatı komitəsi yaradılmalıdır. Xalqın bu halında, xalqın köməyinə çatmaq lazımıdr. Prezidentə xəyanət edən qüvvələr özləri geri çəkilməlidir ki, prezident də ərtafına sağlam qüvvələr yığsın. İmkan versinlər bizim kimi müxalif adamlar da bir iş görsünlər. Xalq da görsün ki, yeni gətirilən adam nə etdi. Bu cür kadr prinsipi olmaz. Bu baxımdan biz mübarizə aparırıq və mübarizəmizi də axıra qədər aparacağıq. Azərbaycanda qalxan bu emosiyaları sakitləşdirməkdən ötrü siyasi, iqtisadi, kadr islahatları aparılmalıdır. Bu islahatlar aparılsa Azərbaycanda əmin-amanlıq yaranacaq, aparılmasa bu gərginlik davam edəcək”.