"Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin nə işi var ki"... - deputat

24-12-2015, 11:15           
"Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin nə işi var ki"... - deputat
Ermənistan tərəfi bu cür bəyanatlarla əslində özünü ifşa edir.

Bu barədə Axar.az-a açıqlamasında Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib. Millət vəkilinin sözlərinə görə, Azərbaycan Ermənistanın diversiyalarının qarşısını almaq üçün bundan sonra da bütün imkanlarından istifadə edəcək:

“Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin nə işi var ki, bu gün də müharibə təhlükəsizliyindən danışırlar. 1991-1994-cü illərdə nədənsə Ermənistan tərəfi məsələnin sülh yolu ilə həllinə yaxın durmadı. Həmin dövr Azərbaycanın ağır daxili, xarici vəziyyətindən istifadə edərək torpaqlarımızı işğaletdilər. Azərbaycan bu gün Dağlıq Qarabağ və onun hüdudlarından kənarda olan rayonların azad edilməsiüçün bütün variantlardan istifadə edir. Ermənistan hazırda çox ikiüzlü davranır və cəbhə xəttində gərginliyi artırmaqla ictimai rəydə nüfuzunu artırmağa çalışır. Bunun üçün diversiya qrupları vaxtaşırı Azərbaycan mövqelərinə həmlə edərək bilərəkdən kiçik döyüşlərin olmasına şərait yaradırlar. Azərbaycan tərəfi Ermənistanın diversiyalarının qarşısını almaq üçün bundan sonra da bütün imkanlarından istifadə edəcək. Əgər İrəvanmüharibə vəziyyətindən qaçmaqistəyirsə, onda nə etməli olduğunu çox yaxşı bilir.İrəvan son bəyanatları ilə özünü ifşa edir. Hər halda hazırkı siyasi rəhbərlik kifayət qədər ciddi düşünməli və ölkəsinə hesabat verməlidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.