"Torpağımızı verək deyirsiniz? Utanın və susun!" - deputat

20-07-2020, 11:40           
 "Torpağımızı verək deyirsiniz? Utanın və susun!" - deputat
"Torpağımızı verək deyirsiniz? Utanın və susun!"
Tovuz istiqamətində ermənilərin törətdikləri təxribatlardan sonra Roma Papası, Çeçenistan rəhbəri, BMT Baş katibi və bir çox tanınmış rəsmi şəxslər Azərbaycana və Ermənistana müraciət edirlər ki, problemi sülh yolu ilə həll edin. 30 ildir bu cür çağırışlar eşidirik. Doğrudanmı bunu edənlər o qədər sadəlövhdür ki, çağırışla işğala son qoyulmayacağını başa düşmürlər?

Bu sözləri ​Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a açıqlamasında deyib.

Millət vəkili qeyd edib ki, onların heç biri çağırışlarında səmimi deyil, olsaydı, işğalçını adı ilə çağırmağa cəsarət edərdilər:

“Əlbəttə, başa düşürlər. Əsl dindar, Allahın düz bəndəsi, beynəlxalq hüquqa hörmət edən, vicdanlı diplomat və siyasətçi ​o şəxsdir ​ki, həqiqəti desin, haqlının yanında olsun, təcavüzkarı pisləsin, imkanı varsa, haqlını müdafiə etsin. Yox, bunu edə bilmirsə, ən azından susması lazımdır. Mən onlara müraciət edirəm: sülh istədiyiniz üçün sağ olun, amma ona Azətbaycan olaraq biz necə nail olaq? Torpaqlarımızımı verək? Siz səmimi olaraq sülh istəyirsinizsə, təcavüzkar qardaşınız olsa belə, ona deməlisiniz ki, sən işğalçısan və işğal etdiyin torpaqları azad etməlisən. Bunu etmirsinizsə, utanın və ​susun, çünki sizlərin sülh çağırışı təcavüzkarı daha da şirnikləndirir və sülhü daha da əlçatmaz edir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru