"30-40 azərbaycanlı "300 spartalı" kimi döyüşdü" - Fərid Los-Ancelesdə yaşananlar haqda

23-07-2020, 11:02           
"30-40 azərbaycanlı "300 spartalı" kimi döyüşdü" - Fərid Los-Ancelesdə yaşananlar haqda
"Los-Ancelesdə Azərbaycanın Baş Konsulluğu qarşısında ermənilərin etiraz aksiyası keçirilib. Ermənilər 4 mindən çox idilər: yüksək səslərin səsləndirildiyi avtobus, üzərində etiraz sözləri yazılan köynəklər...".

Axşam.az xəbər verir ki, bu sözləri "Eurovision" təmsilçilərimizdən olan və uzun illərdir ABŞ-a köçən müğənni Fərid Məmmədov sosial şəbəkədə yazıb. Sənətçi ermənilərin Los-Ancelesdə keçirdiyi etiraz yürüşündə azərbaycanlılara hücum etməsindən və xəsarət yetirməsindən söz açıb:

"Konsulluğu qorumaq üçün 30-40 azərbaycanlı ora toplaşdı. Onlar burada yaşanan mübahisədə mübarizə apardılar və zədə aldılar. 30-40 insan 4 minə yaxın erməni ilə davada o qədər cəsarət göstərdilər ki, sanki "300 spartalı" döyüşürdü. Hər şey hazırlıqsız olmuşdu.

Rəqs, qışqırtı, etiraz - qələbə demək deyil. Əsas Bunu ABŞ necə qəbul etdi? ABŞ konqresi ermənilərin Azərbaycan ərazisini qanunsuz işğal etdiyini qəbullandı. İnşallah, ədalət yerini tapacaq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru