ABŞ-SSRİ “Psi-müharibələr” -nin(beyin müharibələri) sirləri açılır
24-02-2016, 12:20
“Psi-müharibələr” (beyin müharibələri) layihəsinin koordinatoru, elmlər doktoru Viktor Afanasyeviç Rubel çox sirləri bilir. Onun açıqladıqları bildiklərinin ancaq bir hissəsidir. Digər hissəsini isə o, yəqin ki, heç zaman açmayacaq.
Onlar sadə adamlar deyil. Ona görə də bir çoxlarına qəribə gələn fikirləri məhz onun dilindən eşidəndə inanmamaq olmur.
1991-92-ci illərdə KQB sədrinin müavini olmuş general-mayor Nikolay Şam, Baş Qərargahın insanın qeyri-adi qabiliyyətləri və xüsusi silah növləri idarəsinin (bura gizli 10003 saylı hərbi hissə də deyirdilər) rəhbəri, general- leytenant Aleksey Savin, Federal Mühafizə Xidmətinin keçmiş sədr müavini, prezident Yeltsinin özü də daxil olmaqla dövlət qurumlarında xüsusi parapsixolojiya şöbəsinin yaradıcısı və ilk rəhbəri, general-mayor Boris Ratnikov, ekstrasenslərin kuratorluğunu həyata keçirən polkovnik Vyaçeslav Zvonikov, tanınmış ekstrasens Anjela Ford, ABŞ-ın ekstrasenslərlə işi təmin edən kəşfiyyat proqramının direktoru Edvin Çarlz Mey…
Bu adamlar bir zamanlar üz-üzə dayanan rəqiblər idi. SSRİ və ABŞ arasında soyuq müharibə illərində hər biri öz ölkəsinin mənafeyi üçün çalışırdı. O zaman heç kəs düşünməzdi ki, bu insanlar nə zamansa bir yerdə görüntülənə və yaxud nəyinsə müzakirəsinin apara bilərlər. Ancaq zaman çox tez keçdi və bu insanlar Moskvada bir araya gələrək hələ indi də bir çoxları üçün qəribə görünən “psi-müharibələr” (beyin müharibələri) haqqında layihənin təqdimatına qatıldılar.
Axar.az xəbər verir ki, “Komsomolskaya Pravda” qəzetinə müsahibəsində elmlər doktoru Viktor Afanasyeviç Rubel indi də insanları təəccübləndirməkdə davam edən ilginc məlumatlar açıqlayıb.
- Viktor Afanasyeviç, bu gizli “psi-müharibə”lər nə deməkdir?
- Müharibələr hər zaman insanlığın bir hissəsi olub. Bir müddət əvvəl nüvə, lazer, bioloji silah qeyri-adi görünə bilərdi. Bunu nəzərə alsaq, bu ifadəyə də ilk reaksiyanın təəccüblü görünməsi mümkündür. Qəribə gələ bilər ki, hərbi məqsədlər üçün ekstrasenslərin bacarığından, öncəgörümlərdən, telepatiyadan istifadə mümkündür. Çünki hələ bunların varlğına şübhəli qalanlar var.
- Bizim bəzi akademiklər parapsixologiyanı şatrlatanlıq hesab edir.
- Bu, faktlara ciddi baxmamaq istəyindən irəli gəlir. Ekstrasens fenomenlər dünyanın aparıcı elmi laboratoriyalarında aparılan tədqiqatlarla, təcrübələrlə təsdiqlənib. Heç bir ciddi elm xadimi buna qarşı əks fikir söyləyə bilməz. Kimsə bu barədə belə fikir səsləndirirsə, bu sahənin mütəxəssisi deyil. Bundan başqa ekstrasenslərdən artıq dövlət səviyyəsində istifadə olunur. Onlar artıq ABŞ və Rusiyada müasir müharibə arsenalına daxil edilir. Psi-müharibələr nə bu gün başlayıb, nə də dünən. Bu, dünya qədər qocadır. Hələ qədimdən insanlar öncədən nəsə hiss emək, telepatiya, öncəgörümlərlə bağlı olub, müxtəlif xəstəliklərin müalicəsində bundan istifadə edib. Bu “möcüzlər” eyni zamanda iki hissi-inam və inamsızlığı birləşdirib. İnsanlar onlardan praktiki məqsədlər üçün istifadə ediblər - itkinin tapılması, səhhəti bərpa etmək, hava şəraiti ilə bağlı məlumat almaq. Əvvəllər bununla şamanlar məşğul olardılar. Daha sonra cadugərlər, maqlar, orakullar onların yolunu davam etdirdi. Hakimiyyətdəkilər onlardan öz məqsədləri üçün istifadəyə başladılar. Beləliklə, əfsanələr yarandı.
- Özünü də deyirsiniz ki, miflər, əfsanələr…
- Tarix ekstrasens bacarığından istifadə edildiyi müharibəni xatırlayır. Janna Dark və yüzillik müharibə. Uşaq vaxtlarında Janna vətəni qorumaq barədə tapşırıq verən səsləri eşidirdi. O öz missiyasını bəyan etdi. Məlumatlara görə, Janna Dark öz telapatik bacarığı ilə dəqqət çəkirdi. İngilislərin Fransadan qovulması tapşırığının öhdəsindən gəldi. Ancaq bu zaman qeyri-adi bacarığından da istifadə etdi. Bəzi tarixçilər deyir ki, döyüşün qızğın yerində ingilislər izaholunmaz səhvlər buraxır və sadəcə, silahı atırdılar. Onların hərəkətləri çox qəribə görünürdü. Jannaya verilən fövəladə vergi şübhə doğurmurdu. O, “Daha 3 gün gözləyin, biz şəhəri alacağıq”, “Dayanın, 1 saat sonra siz qalib olacaqsınız” deyəndən sonra bütün bunlar baş verirdi. Katalik kilsəsi onu müqəddəs elan etdi və Fransa onun sayəsində suverenliyini qorudu.
- Viktor Afanasyeviç, gəlin indiki zamana qayıdaq.
- İkinci Dünya Müharibəsindən sonra parapsixologiya sahəsində tədqiqatlarda ABŞ sözsüz liderə çevrildi. ABŞ-ın hərbi, kəşfiyyat qurumları ekstrasensliyə maraq göstərirdi. İnsan psixikasını nəzarətdə saxlamaq üçün aparılan araşdırma hələ 1945-ci ildən başlamışdı. “Beyin yuyulması”nda alman mütəxəssisləri iştirak edirdi. Daha sonra analoji layihələr yaranmağa başladı. Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Allen Dallesin əmri ilə 13 aprel 1953-cü ildə yeni masştablı layihə olan MK-ULTRA başladı. MKİ əcnəbi liderləri manipulyasiya etmək üçün bu proqramdan istifadə etmək istəyirdi. Onlardan hansısa informasiyanı almaq niyyətində idi, ancaq bunu elə etmək lazım idi ki, qarşı tərəf bunu hiss etməsin. Əvvəlcə bu məqsədlə hipnozdan istifadə etməyə başladılar. Müxtəlif dərman preparatlarından istifadə də nəzərdə tutulurdu. Bu preparatlar sadəcə yeməyə əlavə edilirdi və dərhal nəticə verirdi. O zamanlar üçün “Çay fincanı” layihəsi vardı. Burada hamilə qadınlar üzərində radiasiyanın təsiri öyrənilirdi. MKİ bu layihəyə qarşı əliaçıq idi. Onda 44 Amerika universiteti və kolleci istirak edirdi. 15 tədqiqat fondu çalışırdı. Kimyəvi və farmasevt şirkətlər proqrama daxil edilmişdi. 12 hospital və 3 həbsxana layihə iştirakçısı idi. Hərdən onlar nə üçün, kim üçün işlədiklərini bilmirdilər. Onlarla müqavilə başqa vasitəçi təşkilatlarla bağlanırdı. 1974-cü ildə “Nyu York Tayms” yazırdı ki, 60-cı illərdə Amerika vətəndaşları üzərində qanunsuz sınaqlar keçirilib. Konqres bu məsələ ilə məşğul olmağa başladı. Kilsə Komitəsi və Rokfeller Fondu araşdırmaya cəlb edildi. Onların təşəbbüsü ilə prezident Cerald Ford 1976-cı ildə dərman preparatlarının insanın öz razılığı olmadan onun üzərində sınaqdan keçirilməsini qadağan edən sərəncam verdi. Bu sərəncam kəşfiyyat xidməti üçün də keçərli idi. Daha sonra prezidentlər Karter və Reyqanın müqvafiq sərəncamları bu sahədə işi daha da təkminləşdirdi. Məlum idi ki, sözügeden layihə parapsixologiya ilə bağlı idi. Layihənin sınaqları hipnoz vasitəsilə keçirilirdi. Ancaq təəssüf ki, bu psi-müharibənin bir çox mərhələləri barədə biz heç vaxt heç nə bilməyəcəyik. 1973-cü ildə MKİ-nin direktoru Riçard Helms bu proqrama aid bütün faylların ləğvi barədə əmr verdi. Məqsəd layihənin masştabı haqqında məlumatları gizlətmək idi. Daha sonralar bu fakt Konqresin araşdırması zamanı üzə çıxdı.
- Bəs SSRİ?
- Məşhur bir əfsanə var ki, parapsixologiya ilə məşğul olmağa Xruşşov özü icazə verib. O, Hindistana səfər edib, orda ona yoqaları göstəriblər. Xruşşov gözü qarşısında ürəyin fəaliyyətini dayandıran insanları gördü. Qət etdi ki, yoqaların köməyindən istifadə etməklə SSRİ ordusunu dünyanın ən güclü ordusu etmək olar.
- Xatırlayıram ki, o zaman jurnallarda yoqalar haqqında məqalələr çap olunurdu.
- Demək olar ki, ABŞ-ın layihəsi barədə məlumat SSRİ-yə çatan kimi buna alternativ düşünməyə başladılar. Bundan sonrası bir-birini qorxutmağa çalışmaq idi. SSRİ hətta parapsixologiya sahəsindəki tədqiqatları ilə ABŞ-ı yeni işlərə məcbur etməyə başladı. Yeni proqram 1972-ci ildə başladı. Gizli “Ulduz qapıları” MKİ tərəfindən maliyyələşdirilirdi. Bura hərbi kəşfiyat və hərbi hava qüvvələri daxil edilmişdi. Əsas məqsəd SSRİ-nin gizli obyektləri barədə məlumat almaq idi. Bunun üçün xüsusi fenomendən istifadə nəzərdə tutulurdu ki, amerikalılar bunu “uzaqgörənlik” adlandırırdılar.
- Birbaşa okeanın o tayından, SSRİ-yə heç bi casus göndərmədən?
- Bəli, okeandan baxmaqla. Əvvəlcə bu layihə Stendford Tədqiqat İnstitutunda idi. Bu, dünyaca məşhur qurumdur. Orda gizli proqramlar da var, bu proqramlar Amerika hakimiyyəti üçün hazırlanır. Baxın, institutdakı qapalı otaqda əyləşməklə adam SSRİ-nin gizli obyektləri barədə məlumatları “oxuyurdu”.
- Məsələn…
- Məşhur ekstrasens, bu proqramn yaradıcılarından olan İnqo Svan bağlı zərf alır. Orda SSRİ-dəki bir obyektin koordinatları göstərilmişdi. Həmin obyekt MKİ-ni maraqlandırırdı. O, dərhal palçıq istədi və ondan piramida hazırladı. Gizli obyektin real gəstəricilərinin ona verilməsini tələb etdi. Bu, Don 2H radiolakasiya stansiyası idi. Moskva ətrafındakı Puşkin rayonunda yerləşirdi. Amerikalılar 1978-ci ildə həmin ərazidə hansısa hərəkətlənmə hiss edib koordinatlar götürmüşdülər. Acaq orda nə tikildiyi dəqiq məlum deyildi. Hətta obyektin forması da gizli idi. İnqo Svan MKİ üçün həmin obyekti təsvir etdi. Dəqiq ölçüləri verdi, hətta ötürücülərin yerinə qədər. Daha sonralar fantastik oxşarlığın olduğu müəyyən edildi.
- Görünür Svan bunu söyləməkə insanın maşından daha üstün olduğunu da sübut edib.
- Başqa bir misal göstərək və bu, daha təsirlidir. İnsanın sputnik üzərindəki təsiri 1979-cu ildə aşkarlandı. Mən bu adamı çoxdan tanıyıram. Onun adı Cozef Mak Moniqldir. O rəsmi olaraq “agent 001” adlanır.
- Hətta Bonddan da yaxşı?
- Necə istəyirsiz, elə də hesab edin. Co Amerikanın ən yaxçı kəşfiyyatçı-ekstrasensi idi. 70-ci illərdə adi kəşfiyyatçı isi. Proqram başlayanda isə zabit heyətinin ekstrasens bacarığı yoxlanılırdı. Co çox yüksək nəticə göstərdi. 1979-cu ildə ona Sovet İttifaqındaki böyük bir obyektin fotolarını verdilər. Dənizdə gəmi zavodu idi, ancaq MKİ içəridə nə baş verdiyini bilmirdi. Təkcə o məlum idi ki, ora yüklu nəqliyyat gəlir və ordan boş qayıdır. Co öz qabiliyətinə arxalanaraq artıq hesabatını hazırlamışdı. Hesabatda bütün parametrlər yer almışdı. Həmin gizli obyektdə dünyada ən böyük sualtı qayıq hazırlanırdı. Biz onu “akula”, amerikalılar “tayfun” adlandırdılar. Faktiki olaraq o katamaran tipli iki qayıqdan ibarət idi. Raket qurğuları onların arasında yerləşdirilmişdi. O zaman üçün qeyri-adi konstruksiya idi. Dünyada ilk olmuşdu. Co bu barədə hesabat hazırlayanda ABŞ hərbi rəhbərliyi buna inanmadı. Prezident yanında Milli Təhlükəsizlik Şurası hesabatı qadağan etdi. Ekstrasensə çoxları lağ edirdi. Ona gülürdülər. ABŞ-ın gələcək müdafiə naziri Robert Geyts materialı “axmaqlıq” adlandırdı. Onlar hətta buna görə mübahisə etdilər, sonralar da bir-birlərini görmək istəmirdilər. Admirallardan biri ekstrasensin dediyi əraziyə kosmik müşahidə təklif etdi. “Akula”nı suya düz Amerika sputniklərinin fotoobyektivləri qarşısında buraxdılar. Bu müddət də ekstrasens Conun dediyi zamandan cəmi bir neçə gün fərqli idi. Beləliklə, Co özünün 001 olduğunu təsdiqlədi. Belə əməliyyatları o, daha sonralar da etdi. Co öz xüsusi bacarığına görə mükafat da almışdı. Fəxri legion ordenini ona belə təqdim etmişdilər: “Mak Moniql öz istedadindan istifadə edərək 200-dən çox hərbi tapşırığı yerinə yetirib”. Ekstrasenslərin bu sahədəki bacarığının mövcud olması ilə yanaşı, biz bu sahəylə Amerika hökumətinin ən yüksək səviyyəli nümayəndələrinin, həmçinin Ağ Ev təmsilçilərinin əlaqəsini görürük.
- Proqramın sonu necə oldu?
- 1995-ci ildə proqram bağlandı. Səbəb isə Qərblə Şərq arasındakı strateji qarşıdurmanın aradan qalxması idi.
- Həm də SSRİ dağıldı.
- Moskva və Vaşinqton birbaşa düşmən olmaqdan əl çəkdilər. Moskva da buna qarşılıq olaraq öz “Feniks” proqramını bağladı. Baş Qərargahda olan bu proqramı zarafatla “Min bir gecə” adlandırıdılar.
- Niyə?
- SSRİ-də psi-müharibələrlə Baş Qərargahdakı 10003 saylı hərbi hissə adı altında xüsusi bölmə məşğul olurdu.
- Razılaşın ki, sizin söylədiklərinizə bir çoxu inanmaz.
- Bir zamanlar Fransa Elmlər Akademiyası meteoritlərin düşməsini şarlatanlıq adlandırmışdı. Deyirdilər ki, göydən daş yağa bilməz. Akademik adı hələ həqiqətin zəmanəti deyil. Mən də psixologiya və sosiologiya üzrə elmlər doktoruyam. İlk ali təhsilimə görə isə fizikəm. ABŞ-a mühacirət etməmişəm, dünyaca məşhur psixoloq Stanislav Qrofun yanında oxumağa getmişdim.
- Bir halda ki, Qrofun özünün tələbəsi olmusunuz, o zaman parapsixologiyanın nə olduğunu izah edə bilərsinizmi?
- Qrof belə hesab edir ki, parapsixoloji fenomeni xüsusi kateqoriyaya aid etmək lazım deyil. Zamanla psixologiya və parapsixologiya arasındakı sərhəd itir.
- Deməli, ekstrasens başqa insanlarla minlərlə kilometr məsafədən belə informasiyanı ala bilər. Bu, necə baş verir?
- Bir çox elmi üsullar var. Ancaq konkret olaraq fenomen mexanizmi məlum deyil. Bu sual alimləri onilliklərdir ki, düşündürür. Ola bilsin ki, hələ yüz illər də düşündürəcək.