Rus pilotunu öldürən, İran mediasının "həbs etdiyi" türk ortaya çıxdı - "Mənim qanadım yoxdur, rusların hünərləri varsa qurudan gəlsinlər"
5-03-2016, 23:52
Türkiyənin vurduğu rus təyyarəsinin pilotunu öldürdüyü bildirilən və Rusiya tərəfindən axtarışda olan Türkiyə vətəndaşı Alparslan Çelik maraqlı açıqlamaları ilə yadda qalıb.
Avropa.info xəbər verir ki, Türkmən dağında döyüşən Alparslan Çelik Türkiyə mətbuatına müsahibə verib.
- Türkmen dağına hücumların əsl məqsədi nədir ?
Türkmen dağına hücumları imperialist dövlətlər və onların yardımçı təşkilatlarının mövqeyindən baxmaq lazımdır. Rusiya və Amerika dəstəkli PKK-nın Suriya qolu PYD-nin Ayn-əl Ərəbdən (Kobani) Bayır-Bucaqa qədər olan bölgədə bir PKK dövləti qurmaq , həmin bölgədə Rusiya üçün hərbi baza qurmağa qədər bir çox məqsədləri var. DHKP-C və Hizbullah kimi qruplaşmalar hər nə qədər ideoloji təbliğat aparsa da, hamısı imperialist dövlətlərin bölgədəki piyadalarıdır. İran bu döyüşdə cəbhəni strateji olaraq Suriyanın içində açdı.Bunların hamısının ümumi və ən böyük düşməni Türkiyədir. Mosul, Hələb, Bayır-Bucaq imperialist dövlətlərin hər zaman ilk hədəfi olmuşdur və olacaq da.
-Sizə dəstək verilirmi ? Verilirsə kimlərdən necə dəstək alırsınız?
Bizə Türkiyədən başqa heç bir yerdən dəstək verilmir.Mücahidlər ailələrini, ismət və namuslarını Türkiyədən başqa kimsəyə əmanət edə bilməz. Məntiqi mənaada Türkiyədən başqa dəstək olan olmadı və olmaz da.
- Rusiya hücum edirmi sizə?
Rusiya bizə hər zaman hücum edir. Bizim düşmənçiliyimiz əsrlərlədir.
Rusların cəbhə xəttində hər gün tökdüyü onlarla günahsızın qanı mənim qanımdır. Həmişə havadan qırıcılarla hücum etdikləri üçün, bir təmasımız olmur. Onları qurudan gözləyirik . Hünərləri var gəlsinlər. Mənim qanadım yoxdur ki, uça bilim.
- İran mətbuatında guya sənin ruslar tərəfindən yaxalandığın barədə xəbərlər yayılıb.
İran bu zamana qədər həmişə müsəlman qanı axıdan dövlətlətlərlə birlikdə olub. Bu gün də sanki Rusiyanın quru qoşunları kimi davranır. Yüz minlərlə insanın qanına onlar da ortaqdır.
- Döyüşərkən qarşınızda tam olaraq kimlər olur ?
Əsəd rejimi, Rusiya, İran, iraqlı muzdlu şiə milislər, DHKP-C, Hizbullah və PKK/PYD ilə döyüşürük.