“Bu sahəyə cavabdeh olan şəxslərin başı intim videolara və xaricə pul daşımağa qarışıb...” - Partiya sədri
13-09-2021, 17:20

“Bu gün Azərbaycanda cavabdeh olan şəxslərin hamısının başı başqa şeylərə qarışıb. Bir hissəsinin başı intim videolara, digər hissəsinin başı xaricə pul daşımağa, qaçdı-tutdu oynamağa və sair. Ona görə də bütün dövlətlər görür ki, bu sahə yiyəsiz qalıb və belə addım atırlar. Prezidentdən başqa kim var ki, ondan başqa bu haqda danışan yoxdur. Ona görə də İran da, Rusiya da “at oynadır”
Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya sədri İrana məxsus yük maşınlarının Azərbaycan ərazisindən Ermənistana daxil olmasının əleyhinə olduğunu bildirib:
“Düşünürəm ki, bunun qarşısı alınacaq və Cənab Prezident o ağır dəmir yumruğunu bir daha bunların başına çırpacaq onda o sahəyə təhkim olunan vəzifəli şəxslər, həm də ki, Azərbaycanın xarici siyasətinə cavabdeh olan şəxslər cavab verməli olacaq. Bunlar onlara tapşırılan sahələrdə passivlik göstərirlər. Onlar bununla ictimai rəyi öldürürlər ki, guya ölkədə heç nə yoxdur. 44 günlük Vətən müharibəsini bunlar sıfra endiriblər. Bunların başı qarışıb ancaq pul yığmağa və bununla da ölkə başçısına xəyanət edirlər. İranın maşınları niyə bizim ərazilərimizdən keçir, onun qarşısını kəsmək olmaz? Bəlkə onun da qarşısını kəsib pul alırlar. Ona görə İran da istəmir ki, Azərbaycanda stabil vəziyyət olsun, Dağlıq Qarabağ Azərbaycanın hissəsinə keçsin, Hafiz Hacıyev gedib Xankəndində mer olsun. Bunu nə daxildəki rüşvətxorlar, nə də mollalar istəməz. Burda mollaların da əli var. Bizim də mübarək olmasın bir dənə Allahşükürümüz var idi, o da dindən başqa hər şeyə qulluq edir. Ona görə bu şeytanlar dövlət başçısına xəyanət edir.
Dövlət başçısı neyləməlidir ki, vəzifəyə qoyduqları puç çıxır. Neçə vaxtdır deyirəm ki, TƏBİB-in bir qotur eşşəyi ölən 60 milyon pul yeyib, indi o, ərizə yazıb istefa verir. Ona görə də qəti şəkildə İrana nota verilməlidir, sərhədlər bağlanmalıdır, gələn maşınlar yandırılmalıdır, onların içi açılıb baxılmalıdır. Bunlardan xahiş etmək nə deməkdir, onlar bizim düşmənləri silahlandırırlar. Bunların nə ixtiyarı var ki, ərazimizə daxil olurlar?! Bu baxımdan çox qəti şəkildə məsələləri həll etmək lazımdır. Sağlam müxalifət qüvvələri birləşib ortalığa sağlam mövqe qoymalıdırlar, dövlət başçısına arxa olmalıdırlar. Konvertdə pul alıb yaltaqlanmasınlar, aldıqları pullar da haram xoşları olsun. Həm Müdafiə Nazirliyi, Sərhəd Qoşunları, həm də bu gün çox operativ işləyən Daxili İşlər Nazirliyi bunun qarşısını almalıdır”.