Yuxuda nə görürlər, sabah onu həyata keçirirlər — Sabir Rüstəmxanlı bahalaşmadan danışdı

19-09-2021, 14:42           
Yuxuda nə görürlər, sabah onu həyata keçirirlər — Sabir Rüstəmxanlı bahalaşmadan danışdı
“Əvvəllər də dəfələrlə demişik: ölkənin Tarif Şurasının və əlaqədar idarələrinin qiymətqoyma siyasətini başa düşmək mümkün deyil. Bunlar hansı məntiqlə hərəkət edirlər? Əhalinin qazancından, dolanışıq imkanlarından xəbərləri yoxdurmu?”.

Bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı özünün feysbuk səhifəsində yazıb. O, benzinin qiymətinə ildə üç dəfə artım edilməsinə etirazını bildirib:

“Belə çıxır ki gecə yatıb yuxuda nə görürlər sabah onu həyata keçirirlər. Yoxsa neft ixrac edən bir ölkədə benzinin qiymətinə bir ildə üç dəfə əlavə artım gəlməsi nə deməkdir? Axı yanacağın bahalaşması anındaca bazarda bütün məhsulların qiymətini qaldırır və bunu inkar etmək mümkün deyildir. Qalib bir ölkədə əhalini rəsmi dairələrdən narazı salan belə addımları atanların niyyəti nədir?”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru