Rusiyada qırğın törədənin anası danışdı: “Mən ideal uşaq böyütmüşəm”

22-09-2021, 00:07           
Rusiyada qırğın törədənin anası danışdı:
“O, sakit, qayğıkeş, heyvanları, xüsusən də pişikləri sevən bir oğlan idi. Hesab edirəm ki, ideal uşaq böyütmüşəm. Nə siqaret çəkirdi, nə spirtli içki qəbul edirdi”. Bu sözləri Rusiyanın Perm universitetində terror aktı törədən Timur Bekmansurovun anası bildirib.
Tiurun anası onu da qeyd edib ki, o, hərbi ədəbiyyatı çox sevirdi. “Xüsusən də Suriya müharibəsi mövzusunda”.

Ana daha sonra qeyd edib ki, oğlu insanlarla ünsiyyəti sevməzmiş.”Müəyyən çevrəsi vardı, onlarla oturub-dururdu. Sakitliyi, evdə tək qalmağı sevirdi. Onun əynində heç vaxt uniforma görməmişəm. İnternetdən əsgər kaskası sifariş verib almışdı. Onu da yaşıl rəngə boyadı. Soruşanda bu sənin nəyinə lazımdı, qayıdırdı ki, sadəcə maraqlıdı. Yayda isə həmin kaskanı qaraya boyadı”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru