BDU-nun köhnə yataqxanaları nə zaman yenilənəcək? - Universitetdən açıqlama

23-09-2021, 14:45           
BDU-nun köhnə yataqxanaları nə zaman yenilənəcək? - Universitetdən açıqlama
Bakı Dövlət Universitetindən tələbələr üçün yeni yataqxana binalarının nə zaman tikiləcəyi məsələsinə aydınlıq gətirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı Dövlət Universitetinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva məlumat verib.

O bildirib ki, hazırda bu istiqamətdə iş aparılır:

"Bildiyiniz kimi, Bakı Dövlət Universitetinin müasir standartlara cavab verən, yeni "Tələbə evi" inşa edilib.

“Tələbə evi”ndə müasir standartlara cavab verən şərait yaradılıb, otaqlar zəruri mebel, məişət avadanlıqları, istilik sistemi ilə təmin olunub BDU-nun digər yataqxanaları hazırda istafadəyə yarasız vəziyyətdədir. Yeni yataqxana binalarının tikintisi ilə bağlı müzakirələr aparılır, bir sözlə üzərində iş gedir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru