“Erməni əhalisi sual edir ki, əgər belə PUA-larımız var idisə, niyə bizi darmadağın etdilər..?!”

24-09-2021, 00:07           
“Erməni əhalisi sual edir ki, əgər belə PUA-larımız var idisə, niyə bizi darmadağın etdilər..?!”
“Əlbəttə, PUA şousu ermənilərə çox pis təsir edib. Çünki biz döyüş meydanında müasir texnoloji vasitələrlə, o cümlədən PUA-larla erməniləri məhv etmişik”

Teref.az xəbər verir ki? bunu Moderator.az-a açıqlamasında Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı deyib. E.Şıxlı Ermənistan hakimiyyətinin bu cür şoularla öz əhalisini ələ saldığını bildirib:

“Ona görə də Ermənistanın hansısa hərbi paradda və ya tədbirdə PUA-larını nümayiş etdirməsi öz əhalisinə pis və gülünc gəlir. Bu onlar üçün psixoloji zərbədir. Erməni əhalisi sual edir ki, əgər belə PUA-larımız var idisə, onda niyə bizi döyüş meydanında darmadağın etdilər?! Bu nöqteyi-nəzərdən onu da demək olar ki, Azərbaycan onlara çox psixoloji ciddi zərbə vurub. İndi isə bütün bunlar Paşinyansayağı ucuz şoulardan başqa bir şey deyil”.

Qeyd edək ki, dünən Ermənistanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə keçirilən tədbirdə səmada şou göstərən PUA-lar insanların, əsas da Qarabağda həlak olan erməni əsgər analarının etirazına səbəb olub. Onlar bunu özlərinə təhqir kimi qəbul ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru