Mehdiyevdən şok: Şuşaya getmərəm... - VİDEO

30-09-2021, 15:22           
Mehdiyevdən şok: Şuşaya getmərəm... - VİDEO
Hüquq üzrə beynəlxalq professor Fərhad Mehdiyev tanınmış jurnalist Aynur Talıbovun Yutub kanalına 44 günlük müharibənin başlanması ilə bağlı təəssüratını bölüşüb.

Hurriyyet.az xəbər verir ki, F.Mehdiyev cidd-cəhdlə müharibəyə getmək istədiyini, hətta xəstəliklərini hərbi komissarlıqdan gizlətdiyini deyib. Buna baxmayaraq, onu cəbhəyə aparmadıqları üçün təəssüfləndiyini bildirib.

Hüquqşünas deyib ki, Şuşaya təşkil edilən səfərlərə qatılaraq, ora getmək istəmir:

“Çünki o torpağı azad edənlərdən, şəhidlərdən utanaram. Adama deyərlər, sənin nəyin əskikdir, niyə döyüşmədin Şuşa üçün?..

Şuşaya yalnız yollar açılandan sonra, adi qaydada gedə bilərəm”.

F.Mehdiyev qardaşının Birinci Qarabağ müharibəsi zamanı şəhadətinə də toxunub, eyni zamanda, müharibəyə gedə bilmədiyinin əvəzini çıxmaq üçün əsgərlərə dəstək kampaniyasına qoşulduğunu bildirib.

Daha ətraflı videoda:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru