“Nağdsız ödəniş zamanı ƏDV-nin 25 faizinin geri qaytarılması vətəndaşlara daha çox stimul verər”

30-09-2021, 17:46           
“Nağdsız ödəniş zamanı ƏDV-nin 25 faizinin geri qaytarılması vətəndaşlara daha çox stimul verər”
"Azərbaycanda ödəniş zamanı əlavə dəyər vergisinin 10 faizinin vətəndaşa geri qaytarılmasının ilkin olaraq nağd ödənişlərə şamil edilməsi səhv yanaşmadır. Bunun əvəzinə, nağdsız ödəniş zamanı ƏDV-nin 25 faizinin geri qaytarılması vətəndaşlara daha çox stimul verər və cəmiyyətdə daha çox maraq yaradardı".

Bunu Pravda.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, "ƏDV geri al" kampaniyası mahiyyət etibarilə müsbət olsa da, bir sıra texniki və yanaşma səhvləri danılmazdır: Bu tipli kampaniyaların əsas məqsədi əsasən nağdsız ödənişlərin stimullaşdırılması və iqtisadiyyatın ağardılmasıdır. ƏDV-nin qaytarılması üçün quraşdırılan texniki təməldə, müxtəlif platformalarda problemlər olduğu da zaman-zaman ortaya çıxır. Belə görünür ki, bu işə cavabdeh olan hökumət orqanları vətəndaşların ƏDV-nin müəyyən qisminin geri qaytarılmasına maraqları olacağını düşünmürdülər. Quraşdırılmış platformalarda çox vətəndaş daxil olduqda təxniki problemlər yaşanır və bu, ciddi problemdir. Bu sahədə texniki problemlərin həlli, daha geniş kütlələrin eyni vaxtda istifadəsinə yararlı olan platformanın təsir edilməsi çox vacib amildir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.