Aynişan Quliyeva etiraf etdi: "Keçmişi unutmaq..."

2-10-2021, 20:42           
Aynişan Quliyeva etiraf etdi: "Keçmişi unutmaq..."
Əməkdar artist Aybəniz Haşımovanın qızı, blogger-müğənni Aynişan Quliyeva şəbəkə izləyicilərinin suallarını cavablandırıb.

Teleqraf.com xəbər verir ki, Aynişan Quliyeva ilə qısa müsahibəni təqdim edir.

- Keçmişdə yaşananları necə unutmaq olar?

- Keçmişi unutmaq lazım deyil, sadəcə çalışmaq lazımdır, hadisələr sizə neqativ ötürməsin. Hamısını dərs olaraq qəbul edib, bağışlamaq lazımdır. Amma unutsan, yenidən eyni səhvləri edə bilərsən. Vaxtında hisslərimizlə hərəkət etsəydik, bəlkə də bu qədər peşmançılıqlar olmazdı. Amma özünüzə sual verin, "Bu mənə həqiqətən lazımdırmı?".

- Ailə qurmaq yoxsa subay gəzmək?

- Doğru insanı sevmək...

- Çox zövqlü xanımsınız, möhkəm olduğunuz qədər duyğusal olduğunuzu da düşünürük...

- Amma elarasında mənə "balta" deyirlər, hissiz, duyğusuz biri kimi bilirlər.

- Özünüzdə sevmədiyiniz xüsusiyyət hansıdır?

- Həmişə seçim qarşısında çabalayıram... Amma seçim edəndən sonra səhv qərar olsa belə sonuna qədər gedirəm. Bu çox pisdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.