“Elə bil bazarda maşın alveridir” – jurnalistdən QHT Agentliyinə ittiham

4-10-2021, 15:51           
“Elə bil bazarda maşın alveridir” –
QHT BAZARI…

Maşallah olsun, deyəsən, bir məndən başqa bütün jurnalistlərin QHT-si varmış. Bu sözləri jurnalist Məhəmmədli Qəribli özünün fecebook profilində yazıb.

Böyük ehtimal, çoxuna belə QHT-lər hədiyyə olunub ki, həmin sektordakı neqativlikləri yazmasınlar. Araşdırdım, QHT-si olan jurnalistlərin həmin sektorla bağlı bir dənə də olsun tənqidi yazısına rast gəlmədim.

Bir az da araşdırdım, sən demə, əksəriyyət deputatların da QHT-si varmış. Hətta mənə bildirdilər ki, məmurların da nəzarətində olan QHT-lər az deyil. Deməli, dövlətin vəsaitini istədikləri kimi xərcləməklə, hansısa qurum tənqidlə bağlı özünə toxunulmazlıq statusu əldə edir.

Mən QHT yaratmaq istəsəm, heç qeydiyyata almayacaqlar. Hətta deyilənə görə, bu sektorda açıq QHT alveri gedir. Kiminsə QHT-sini pulla alıb öz adlarına asanlıqla keçirirlər, sonra da dövlətin qrantını həzm edirlər.

Elə bil ki, bazarda maşın alveri gedir. Sadəcə biabırçılıqdır! Deputat, məmur və jurnalistlərə aid QHT-lərin siyahısını tutub ictimailəşdirmək lazımdır, görək onların faydalı iş əmsalı hansı səviyyədədir? QHT sektoruna ciddi ictimai nəzarət lazımdır.

Dövlət qurumlarında İctimai Şuraların formalaşmasında QHT-lərin etdiyi biabırçılıqlar isə tam başqa mövzunun söhbətidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.