“Uşaqlar nəinki 5, hətta 6 yaşından da məktəbə getməməlidir” - Nazirə daha bir ETİRAZ

7-10-2021, 11:43           
“Uşaqlar nəinki 5, hətta 6 yaşından da məktəbə getməməlidir” -
Bir müddət əvvəl təhsil naziri Emin Əmrullayev tərəfindən yeni təkfil irəli sürülüb. O, bildirib ki, məktəbə başlama yaşı 5-ə salınmalıdır. Nazirin səsləndirdiyi bu təklif bir çox təhsil ekspertləri tərəfindən müsbət qarşılanıb və dəstəklənib. Təhsil ekpertləri bildirirlər ki, məktəb yaşının 5-ə qədər azaldılması dünya təcrübəsinə əsaslanır.
Lakin bir məsələ var. Görəsən bizim cəmiyyətdə böyüyən körpələrin psixologiyası 5 yaşından məkətəbə getməyə hazırdırmı

Psixoloq Fərqanə Mehmanqızı Bizimyol.info-nun suallarını cxavablandıran zaman bildirib ki, uşaqlar nəyin ki, 5 hətta 6 yaşından da məktəbə getməməlidir. “Deyirlər ki, xaricdə uşaqlar 5 və ya daha ərkən yaşlardan təhsilə cəlb olunur. Bu onsuzda bizdə də belədir. Uşaqlar 2 yaşından bağçaya cəlb olunur. Orada ətraf aləmi, sosiallaşmağı, ictimai etikanı, ailə dəyərlərini, “mən” dəyərini öyrənirlər. Bağçalar da təhsil müəssisəsidir və bunların hamısı uşaqlara pedaqoqlar tərəfindən öyrədilir.

Uşaqlarla işlədiyim üçün görürəm ki, 5-6 yaşlarda olan uşaqlar hələ məktəbə hazır deyil. Bu yaşda uşaqlar hələ oyuncaqlarla oynayaraq öyrənməlidirlər. Bu uşaqları 45 dəqiqə parta arxasında oturtmaq düzgün deyil.

Olqun yaşda anadan ayrılıb yad insanlara, müəllimlərə tabe olmağı daha doğrudur. 5 yaşlı uşaq parta arxasında əyləşə bilməz. Həmin yaşda uşaqlar oynayaraq öyrənməlidirlər. Biz isə bunu məktəbdə edə bilmərik. Çünki həm buna müəllimlər hazır deyil, həm də universitetdə pedaqoqlara 5 yaşında uşağın psixalogiyasını öyrənməsi üçün dərslər tədris olunmur. Bağçada isə bu sistem var”.

Psixoloqun sözlərinə görə, bağçalarda olan sistemi mükəmməlləşdirməklə, 7 yaşına kimi uşaqları formalaşdırıb, məktəbə vermək olar. “Gerçək budur ki, dövlət məktəblərinin əksəriyyətində bir sinifdə 35-40 uşaq, lakin bir müəllimə var. Məktəblərdə nə müəllimə köməkçisi, nə də ikinci dərəcəli müəllim yoxdur. Buna görə də uşaqlar olqun, ailədən qopa bilən yaşda məktəbə göndərilməlidir. Deyə bilərsiniz ki, bağçada da uşaq 2 yaşında ailədən qopur. Amma burada vəziyyət tamamilə fərqlidir. Bağçaya gedən zaman uşaq rahat paltarda, ayaqqabılarda olur, oyunlar oynayır. Bunun üçün də azyaşlı uşaqlar kurslara, bağçalara göndərilməlidir, məktəblərə yox”,-deyə bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru