Mixail Xodaryonok İran ordusu haqqında: - “Sinələrinə vurub yalandan çığır-bağır salırlar”

8-10-2021, 16:41           
Mixail Xodaryonok İran ordusu haqqında: -
“İran ordusunun zabit, rəhbər heyəti arasında çox adam yalançılığı sevir. Yalandan görüntü yaradırlar. Məsələn, iranlı zabitlər sinəsinə möhkəm vurub qışqıraraq bəyan edə bilərlər ki, səhər 9:00-da hücuma başlayırıq. Amma həmin saatda heç nə başlamayacaq. Bağırdıqları hücum heç saat 10, 11-də də başlamayacaq. Amma bununla belə iranlı komandan digər zabitləri də inandıracaq ki, guya bu, hücumu uğurla icra edir”.

Bizim.Media xəbər verir ki, bu sözləri rusiyalı hərbi şərhçi, “Qazeta.ru”nun əməkdaşı Mixail Xodaryonok canlı yayımların birində səsləndirib.

Mixailin sözlərinə görə, İran ordusu haqqında bütün sadalananlar onlarla hərbi əməliyyatlarda təmasda olmuş, qarşılıqlı fəaliyyət göstərmiş Rusiya zabit heyətinin fikirləridir:

“Onlar heç kimi məlumatlandırmadan cəbhəni də tərk edə bilərlər. Hərbi nizam-intizam, dəqiqlik kimi istiqamətlərdə İran hələ çox çalışmalıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru