Deputat: “Yol polisi yesir qalıb”

11-10-2021, 13:59           
Deputat: “Yol polisi yesir qalıb”
Milli Məclisin iclasında deputat Fazil Mustafa Bakıda yaranan tıxac problemindən danışıb.

Oxu.Az-ın məlumatına əsasən, F.Mustafa bildirib ki, Bakı yollarında vəziyyət acınacaqlı hala gəlib.

“Bu gün deputat da, tələbə də, iş adamları da tıxaclarda qalır. Bu məsələ həll edilməlidir. Yol polisi də tıxacların əlində yesir qalıb, nəqliyyatın hərəkətini nizamlamağa çalışır”, - deyə F.Mustafa əlavə edib.

Onun sözlərinə görə, aidiyyəti qurumlar Bakıdakı tıxac probleminin həlli ilə bağlı ictimaiyyəti məlumatlandırmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru