“Nə deyirik, tərsinə edirlər. Uşaq pulu deyirik, etmirlər, bizi saymırlar” – Tahir Kərimli

12-10-2021, 13:38           
“Nə deyirik, tərsinə edirlər. Uşaq pulu deyirik, etmirlər, bizi saymırlar” –
“Büdcə müzakirələrində iştirak edən hökumət nümayəndələri bizim çıxışımıza çox etinasız yanaşır. Hərdən elə baxırlar, elə bil Tahir Kərimlini yol polisi saxlayıb”.

Sozcu.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.

Deputat bildirib ki, heç kimin camaatın çörəyini kəsməyə ixtiyarı yoxdur: “Nə deyirik, tərsinə edirlər. Uşaq pulu deyirik, etmirlər, bizi saymırlar. Bir Tarif Şurası yaradıblar. Qiymətləri qaldırırlar, Tarif Şurasının arxasında gizlənirlər”.

T. Kərimli nazirlərin deputatın suallarına cavab verməməsindən də şikayətlənib: “Suallarımıza nə səhiyyə naziri cavab verir, nə əmək və əhalinin sosial müdafiə naziri. Deyirlər, elə Maliyyə Nazirliyi cavab verəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru