"AzTV neçə illərdir ki, belə siyasət yürütdüyü üçün reklamları yoxdur" - AÇIQLAMA

13-10-2021, 20:10           
 "AzTV neçə illərdir ki, belə siyasət yürütdüyü üçün reklamları yoxdur" - AÇIQLAMA
"AzTV neçə illərdir ki, belə siyasət yürütdüyü üçün reklamları yoxdur" - AÇIQLAMA
Tarix: Bu gün, 18:16 | Çap et
"AzTV neçə illərdir ki, belə siyasət yürütdüyü üçün reklamları yoxdur"
Tanınmış prodüser Oqtay Əliyev telekanalların reytinq cədvəlini sosial şəbəkədə paylaşdıqdan sonra bir sıra narazılıqlar meydana gəldi. Hansı ki, həmin reytinq cədvəlində dövlət televiziyası olan AzTv-nin adı yox idi, maraqlı layihələri olan telekanallar isə o cədvəldə ən son sıralarda yer alırdı.

Mövzu ilə bağlı Moderator.az a- danışan prodüser əslində vəziyyətin bir qədər fərqli olduğunu qeyd edib.

- Oqtay müəllim, reytinq cədvəli nəyi həll edir? Yəni bu cədvəl doğurdanmı əsas götürülür?

- Azərbaycan televiziyalarının inkişafı, reklam vericilərin yeganə mayakı məhz həmin reytinqlərdir. Məsələn Amerikada böyük bir şirkət Azərbaycanda nə məni, nədə ki, sizi tanıyır. Yəni nə sizin aparıcılığınızdan, nə də proqramlarımızdan xəbəri yoxdur. O gəlib deyir ki, televiziyaların reytinq cədvəlini göstərin, hansı verilişin, televiziyanın reytinqi yüksəkdirsə, o kanala da reklamımı yerləşdirəcəm. Reytinqlər də 6 yerə bölünür. Misal üçün, əgər mən uşaq məhsulu, ətir, kosmetika və ev əşyaları satıramsa, qadın verilişləri, pivə və kişilərə aid nəsə satıramsa, kişi verilişlərə reklam verərəm.

"AzTV neçə illərdir ki, belə siyasət yürütdüyü üçün reklamları yoxdur"

- Bəs o reytinq cədvəli nə qədər realdır?

- Bu reytinq cədvəli Azərbaycanda yerli şirkət deyil, məhz özlərinin İngiltərə kökənli bir şirkətidir. O şirkət bütün dünyada fəaliyyət göstərir. Dünya televiziyalarının reytinqlərini ölçən məhz o şirkətdir. Hansı ki, Amerika, İngiltərə kimi ölkələr ona əsasən, reklam məsələlərini həll edir və insanlar ona inanırlar. Həmin şirkətlər məhz o rəqəmlərə əsasən addım atırlar.
Bəzən olur ki, deyirlər ki, flan kanalda final veriliş çox möhtəşəmdir. Ancaq o veriliş nəticədə gəlib həmin reytinq cədvəlinə düşmür.

- Bəs reytinqi necə hesablayırlar?

- Bütün dünyada, o cümlədən Azərbaycanda əhalinin sayına görə müxtəlif zonalarda televizorlara cihaz yerləşdirilir. Tamaşaçı nəyə baxırsa, o dəqiqə siqnal verir ki, bu tamaşaçı bu gün buna baxdı. O da reytinqlərdə yerləşdirilir.

- Bəs, siz o reytinq cədvəli ilə razısınızmı?

- Deyə bilmərəm ki, mən 100 faiz o göstərici ilə razıyam. Amma haradasa 80 faiz inanıram.

- Diqqət etsəniz, görərsiniz ki, həmin reytinq cədvəlində dövlət televiziyası olan AzTV yoxdur. Doğurdanmı bu gün AzTV-nin tamaşaçısı yoxdur?

- Deməzdim ki, AzTv-yə baxan yoxdur. Ola bilər ki, o kanalın reytinqi aşağı olsun. AzTV həmin o reytinqi tərtib edən şirkətlə əməkdaşlığa getmir, deyir ki, “mənə reytinq cədvəli lazım deyil”. Nəticə etibarı ilə AZTV-nin verilişlərində reklamlara yer ayrılmır. Əgər sənin reytinq göstəricin yoxdursa, sənə reklam verilmir. Əvvəllər İTV də bu sistemlə çalışırdı. İTV-nin təzə rəhbərliyi dedi ki, biz orada olmağa məcburuq.

Qonşu ölkələrdə - Rusiyada, Türkiyədə bir çox kanallar dövlətdən maliyyələşən kanallar olsalar belə onlar o reytinqdə var və verilişlərinin arasında reklamr da olur. Çünki dövlətin verdiyi 5 manatdırsa, sən də 5 manat kənardan qazansan daha keyfiyyətli məhsul təqdim edə bilərsən. Əgər sənin pulun varsa, yaxşı veriliş də hazırlayarsan serial, film də çəkərsən. AzTV neçə illərdir ki, belə siyasət yürüdür, ona görə də reklamları yoxdur.

- Əslində necə olmalıdır?

- Əslində AzTVdə də reklam olmalıdır. AzTv səhv etmirəmsə, dövlətdən 40 min manat pul alır. Bununla bərabər, reklamları da olsa daha yaxşı olardı. Reytinqləri yoxdur deyə böyük şirkətlər onlara reklam vermir.

- Reklam bazarımızın özündə də bir çox problemlərimiz var.

- Hamımızın istək və arzuları odur ki, reklam bazarındakı problemlər aradan qalxsın.
Misal üçün, düşünün ki, mən dünyaya sabun istehsal edib, satıram. Onun reklamını bütün dünya ölkələrinin kanallarında yerləşdirirəm. Əgər Türkiyə, Rusiya kanallarına reklamımı vermişəmsə, Azərbaycan kalalarına reklam vermərəm.

- Səbəb?

- Çünki Azərbaycan tamaşaçılarının çoxu Türkiyə və Rusiya telekanallarına baxır. Azərbaycan bazarında mənim məhsulum satılır, amma mən reklamımı Türkiyə və Rusiya kanallarına verirəm. Düşünəcəm ki, Azərbaycana niyə reklam verim ki? Onsuz da Azərbaycan tamaşaçısı Türkiyənin əksər kanallarına baxır. Ona görə də Azərbaycan büdcəsinə reklam üçün bir qəpik də vermirəm.

- Qonşu ölkələrin adını sadaladınız, ancaq Gürcüstan telekanallarında biz bunun tamamilə əksini görürük.

- Gürcüstanda insanlar yerli kanala baxır, ona görə də onların reklam bazarı bizimkindən 3 dəfə çox və 3 dəfə bahadır. Bizim kanallarımız aylıq reklamdan 100 manat qazanırsa, Gürcüstan kanalları min manat qazanır. Hansı ki, 3 milyon əhalisi var. Bizim isə 10 milyon əhlimiz var. Necə olur onlara daha çox reklam verilir?

- Necə olur?

- Çünki onlar başqa kanallara baxmır. Biz dəfərlərlə dedik ki, kabel televiziyalarında olan şirkətlər ən azından xarici kanalları burdakı yayımı zamanı heç olmasa reklam blokunu kəssinlər ki, onlar da gəlib bizə reklam versinlər. Nəyi pisdir ki, xarici şirklətlər Moderator.az saytına reklam versəydi, eləcə də bizim kanallara da. Bizim də, sizin də reklam bazarınız böyüyərdi. Amma gedin Gürcüstanın bir saytına daxil olun, inanın ki, reklam əlindən sayta baxmaq mümkün deyil.

Amma bizim saytlara reklam verən yoxdur. Habuki, Moderator.az-ın 50 reklamı olmalı idi. O reklam sizə gəlsə, maaşınız artar, yeni avadanlıqlar alıb daha çox çalışarsınız. Bu çox böyük bir dərddir, danışmaqla bitmir.шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.