“Ermənilər ən azından Qarabağa Naxçıvana bənzər status istəyirlər ki, haçansa nəsə olsa…”

15-10-2021, 00:03           
“Ermənilər ən azından Qarabağa Naxçıvana bənzər status istəyirlər ki, haçansa nəsə olsa…”
“Ermənistan sülh danışıqlarının sürətlənməsində maraqlı deyil. Çünki bu o deməkdir ki, demarkasiya-delimitasiya məsələlərini həll edib, kommunikasiyaları açmaq lazımdır. Bu isə o deməkdir ki, Azərbaycanın ərazi bütövlüyünü tanımalıdırlar və bununla da proses bitir”.

Teref.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev deyib. M.Əliyevin sözlərinə görə, ermənilərin təxribatının arxasında bu problemlər durur:

“Ermənilər isə bunun tərəfdarı deyillər ki, bu proses tezləşsin və nəticələr əldə olunsun. Ona görə ermənilər danışıqları uzatmaq üçün təxribat da törədəcəklər, cürbəcür bəhanələr də gətirəcəklər. Çünki ermənilər istəyir ki, Qarabağın statusu məsələsinə baxılsın və sonra başqa probllemlər həll edilsin. Bu isə gündəmdə yoxdur. Bütün proses 10 noyabr sazişi əsasında gedir. ATƏT-in Minsk Qrupu da nəticələri gözləyir və onlar da kommunikasiyaların açılmasının tərəfdarıdır. Ona görə də biz növbəti təxribatlara da hazır olmalıyıq. Ermənilər ən azından Qarabağa Naxçıvana bənzər status istəyirlər ki, haçansa nəsə olsa, təzədən problemə qayıdıb məsələni qaldırsınlar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru