"Bir öldürülən əsgərimizə, 10-20 erməni əsgərinin məhv edilməsi ilə cavab verilməlidir" - Deputatdan ÇAĞIRIŞ

15-10-2021, 13:27           
 "Bir öldürülən əsgərimizə, 10-20 erməni əsgərinin məhv edilməsi ilə cavab verilməlidir" - Deputatdan ÇAĞIRIŞ
“Azərbaycanın bu günlərdə Qarabağda müəyyən proseslərlə qarşılaşması gözlənilən idi. Bir öldürülən əsgərimizə, 10-20 erməni əsgərinin məhv edilməsi ilə cavab verilməlidir”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, elm sahəsində plegiat baş alıb gedir: “Bu sahədə ciddi işlər görülməlidir”.

Deputat son vaxtlar məmurlardan çoxlu şikayət aldığını bildirib: “Təzə gələn məmur hamıdan ərizələrini almağa başlayır. Kütləvi şəkildə öz adamlarımı yerləşdirim deyə, savadlı kadrları işdən çıxarmaq yalnız Azərbaycanda var. Bunu aradan qaldırmaq lazımdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru