Kipşidze: Saakaşvili hərəkət etməkdə çətinlik çəkir

17-10-2021, 20:35           
Kipşidze: Saakaşvili hərəkət etməkdə çətinlik çəkir
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili fiziki cəhətdən çox zəifdir, lakin xəstəxanaya yerləşdirilməsinə ehtiyac yoxdur.

Axar.az xəbər verir ki, bu barədə onun həkimi Nikoloz Kipşidze deyib.

“Məsləhət görərdim ki, çərşənbə axşamından öncə konsilium təşkil edilsin və həkimlər sonrakı addımları müzakirə etsin. Onda (Saakaşvili –red.) zəiflik, simanın solğunluğu müşahidə edilir, hərəkət etməkdə çətinlik çəkir. Hazırda xəstəxanaya yerləşdirilməsinə ehtiyac yoxdur. Lakin sonra nələr olacağına baxacağıq”, - deyə həkim bildirib.

Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tiflisdə saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru