“İrəvan “Üçtərəfli Bəyanatın”məntiqini dəyişdirmək istəyir… Danışıqlar aparmaq lazım deyil”-TOFİQ ZÜLFÜQAROVDAN SƏRT AÇIQLAMA

7-05-2022, 08:43           
“İrəvan “Üçtərəfli Bəyanatın”məntiqini dəyişdirmək istəyir…
“Ermənistan tərəfinin məntiqinə görə, əsas müzakirə mövzusu sülhməramlı qüvvələrin məsuliyyət zonasında olan erməni əhalisinin təhlükəsizliyinin təminatı olmalıdır. Hesab edirəm ki, onlar həm hərbi, həm də siyasi təminat (status), ola bilsin ki, beynəlxalq təminat tələb edəcəklər”.

Teref.az yazır ki, Azpost.info bildirir ki, bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan Təhlükəsizlik Şurasının katibinin Brüsseldə sülh müqaviləsi üçün təklif etdiyi deyilən “6 maddə” bəyanatını şərh edərkən bildirib.

“Danışıqlar prosesində nə baş verir? Rəsmi olaraq buna gələcək sülh sazişinin prinsiplərinin razılaşdırılması deyilir.
Müharibədən əvvəl, 28 il ərzində biz münaqişənin həlli prinsipləri üzərində razılığa gəlməyə çalışdıq. İndi Brüsseldə iki dövlətin nümayəndələri gələcək sənədin əsasını hansı prinsiplər təşkil etməli olduğuna dair variantları mübadilə ediblər”-deyə T.Zülfüqarov vurğulayıb.

Sabiq nazir deyib ki, bu danışıqlar prosesi qeyri-müəyyən müddətə davam edə bilər: “Erməni tərəfinin, eləcə də onların xaricdən olan sponsorlarının əsas məqsədi hazırkı vəziyyəti müəyyən edən alqoritmi – 10 noyabr Bəyanatının məntiqini, daha doğrusu, müharibədə qalib gələn tərəfin tələblərini yerinə yeirmək tələbini danışıqlarda iki bərabərhüquqlu iştirakçının danışıqlarının məntiqi ilə dəyişdirməkdir. Hesab edirəm ki, Ermənistan qalib ölkə olan Azərbaycanın qoyduğu şərtləri yerinə yetirməyincə onunla sülh danışıqları aparmaq lazım deyil”.

T.Zülfüqarovun sözlərinə görə, Azərbaycan Ermənistanı aşağıdakı tədbirləri yerinə yetirməyə məcbur etməlidir:

–Sülhməramlıların məsuliyyət zonasında olan ərazidən Ermənistan vətəndaşları olan bütün hərbi qulluqçuların müəyyən olunmalı, tərksilah edilməli və ərazidən çıxarılmalıdır;
– bütün qeyri-qanuni silahlı birləşmələr tərksilah edilməli və ləğv olunmalıdır;

“Yuxarıda göstərilənlərin yerinə yetirilməsi üçün monitorinq missiyası və Azərbaycan Daxili İşlər Nazirliyinin nümayəndələrinin nəticələrinə birgə nəzarət etmək şərti ilə sülhməramlıların komandanlığına 1 ay müddət verilməlidir. Rusiya Federasiyası FTX qoşunları tərəfindən Zəngəzur dəhlizi zonası 15 gündən çox olmayan müddətdə nəzarətə götürülməlidir. Bu şərt yerinə yetirilmədikdə, Laçın dəhlizi Azərbaycanın müvafiq dövlət strukturları tərəfindən tam nəzarətə götürülməlidir. Bundan sonra tələsmədən sülh sazişi üzrə danışıqlara başlaya bilərik“- deyə sabiq nazir bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.