“Azovstal”da cəsədlər çürüyərək ətrafı zəhərləyir - Alay komandiri

9-05-2022, 09:55           
“Azovstal”da cəsədlər çürüyərək ətrafı zəhərləyir - Alay komandiri
"Azov" alayının komandir müavini Svyatoslav Palamar işğal altında olan Mariupoldakı “Azovstal” zavodunda yaranmış vəziyyətdən danışıb. Onun sözlərinə görə, hər gün həm Rusiya, həm də Ukrayna əsgərləri ölür. Teref.az Bizimyol.info-ya istinadla xəbər verir ki, o, bu barədə BBC-yə müsahibəsində danışıb.

“Hazırda intensiv atəşlər, təyyarələrdən bombardmanlar, top artilleriyası var, “Qorınıçi ilanları” adlanan qurğular işləyir (minaları məhv etmək üçün raketləri atəşə tutan raket təmizləmə qurğuları).

Dünən gecə zavoda 25-dən növdən çox bomba atılıb. Bunlardan üçü xüsusi strateji bombardmançı təyyarə, bundan əlavə tanklar, minaatanlar, snayperlər, pulemyotçular və sairdir”, - deyə Ponomar bildirib.

Onun sözlərinə görə, zavodda deyilənlərin əksinə olaraq atəşkəs olmayıb.

"Bu, çox çətin vəziyyətdir. Atəşkəs yoxdur. Bu gün yaralıları çıxara biləcəyimizi bilmirik. Bəzi danışıqlar gedir. Razılaşmalar həyata keçiriləcəkmi? Bunu demək çətindir. Yaralılar mümkün qədər tez təxliyə edilməlidir. Bu gecə yenə çoxlu sayda insan öldü, yaralandı. Bunlar Rusiya Federasiyası qoşunlarının hərəkətlərinin nəticələridir. Artıq cərrahi alətlərimiz yoxdur. İxtisaslı tibbi yardım göstərmək imkanı yoxdur", - deyə o bildirib.

Ponomar qeyd edir ki, dağıntılar altında qalan əsgərlərin dəqiq sayı məlum deyil.

“Ölənlərin sayını açıqlamayacağam, inanın ki, söhbət yüzlərlə ukraynalı əsgərdən gedir. Yaralılar - təxminən 600 nəfər. Amma bu rəqəm hər gün artır, ölənlərin sayı da artmaqdadavam edir. Həmin dağıntılar altından nə qədər hərbçinin cəsədini götürə bilmədiyimiz barədə dəqiq məlumatımız belə yoxdur. Hesab edirəm ki, Rusiya tərəfinin də ölmüş əsgərlərini toplamasına ehtiyac var. Bunun üçün atəşkəs və hər iki tərəfin ölənlərin cəsədlərinin toplanması ilə bağlı razılaşmaları lazımdır. İndi çöldə istidir. Cəsədlər çürüməyə və ətrafda zəhərlənmə təhlükəsi yaratmağa başlayır”, - deyə o qeyd edib.

Həmçinin, onun sözlərinə görə, lazımi səviyyədə dərman olmadığından xilas edilməsi mümkün hesab olunan xeyli sayda yaralı əsgər həlak olur.

"Hərbçilərimiz hər gün ağır yaralardan ölür. Antibiotiklərimiz, sarğılarımız çatmır, təmiz havamız yoxdur. Xəstəxanamız bombalanır. Bizdə mərmi şoku olan çoxlu insan var. Çoxlu insanımız bombardman nəticəsində həlak olub. Bəzi yaralıları xilas etmək mümükün hesab olunsa da, tibbi ləvazimat və dərman preparatlarının çatışmazlığına görə onlar həyatlarını itirirlər. Vəziyyət sadəcə olaraq fəlakətlidir”, - deyə o vurğulayıb.

O, bir daha vurğulayıb ki, yaralılar dərhal təxliyə edilməlidir.

“Bunun üçün öz növbəsində ali baş komandanımız bütün səylərini əsirgəməməlidir, bütün beynəlxalq təşkilatlara müraciət edərək əsgərlərimizə kömək etməlidir. İnanın ki, onlar buna layiqdirlər. Ümid edirik ki, razılıq əldə oluna bilər. Dünyanın istənilən ordusunda Cenevrə Konvensiyalarına görə xəstəxanalara atəş açmamaq qaydaları var. İstər mobil, istərsə də stasionar. Bizdə fərqli vəziyyətdir.

Ümid edirik ki, üçüncü tərəfin müdaxiləsi sayəsində onu həll etmək və yaralıları, dinc sakinləri təxliyə etmək mümkün olacaq. Söhbət həm də köməyə ehtiyacı olan həkimlərdən gedir”, - Ponomar vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.