“Rusiyada çevriliş ehtimalı tam realdır” – “Kremldə narazılıq artır”

11-05-2022, 08:02           
“Rusiyada çevriliş ehtimalı tam realdır” –
Hərbi ekspert Oleq Jdanov Rusiyada dövlət çevrilişini tam real hesab edir - Ukrayna müharibəsi səbəbilə.

Bu barədə o, öz fikirini “RBK-Ukrayna”-ya müsahibəsində səsləndirib.

«Getdikcə belə hadisənin ehtimalı daha da artır. Sanksiyalar getdikcə daha çox təsir göstərir. Putinin ətrafı dərk edir ki, Qərblə əlaqələr - iqtisadi, maliyyə, siyasi əlaqələr qırılır. Onlar «kar tədric»ə düşürlər. Bəziləri, mümkündür ki, artıq zərəri hesablayır. Ona görə də orada, yuxarılarda narazılıq artır» - o, qeyd edib.
«Putin əvvəllər deyirdi ki, bütün təşkilati nəticələri müharibədən sonra çıxaracaq. Amma o, artıq nəticələri çıxardır. Məlumat var ki, o, Gerasimovu vəzifədən kənarlaşdırıb. Necə deyərlər, bu «əməliyyata» komandanlıq edəcək kimsə Gerasimovun kreslosunda oturmağa cəhd göstərəcək. FTX məğlubiyyətin günahını Müdafiə Nazirliyinin üzərinə yükləmək cəhdi göstərir. Müdafiə Nazirliyi isə FTX-yə yükləyir» - Jdanov əlavə edib.

Bu zaman ekspert Putinin cərrahi əməliyyata girəcəyi halı da proqnoz edib: «Bu dövrdə ölkəyə rəhbərlik Patruşevə keçəcək. Birdən, bu əməliyyatdan sonra Putin ayılmadı? Və ya onun ürəyi dözmədi?».

Oleq Jdanovun sözlərinə görə, israilli mütəxəssislər bu informasiyanı təsdiqləyirlər ki, Putinin onkoloji xəstəliyi var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru