Ekspert: “Redaksiyalar lotoreya və mərc oyunlarının reklamlarını, hətta yüksək rəqəm təklif olunsa belə, yaymalı deyillər”

12-05-2022, 00:06           
Ekspert: “Redaksiyalar lotoreya və mərc oyunlarının reklamlarını, hətta yüksək rəqəm təklif olunsa belə, yaymalı deyillər”
“Ümumiyyətlə, qanunsuz şəkildə olan hər bir reklam qadağandır, ancaq lotoreya oyunlarının rəsmi şəkildə fəaliyyətinə icazə verilibsə, onların reklam edilməsi hüquqi baxımdan da təmin olunur. Azərbaycanda lotoreya fəaliyyəti qadağan olunmadığına görə, yəni söhbət rəsmi lotoreyadan gedir, onun ifadəsi də qanuni sayılır və belə olan halda onun reklam olunması da qanuni sayılacaq”.

Bunu Pravda.az-a “Poz-qazan” ani lotoreyası, “Misli.az” kimi mərc oyunlarının mediada geniş şəkildə reklam və təbliğ olunmasını şərh edən media eksperti Ələsgər Məmmədli bildirib.

Ə.Məmmədlinin sözlərinə görə, medianın bu sahədə olan əsas problemi ondan ibarətdir ki, media hüquqi olaraq reklamın içərikliyini məzmun baxımından yoxlaya bilmir, çünki bu kommersiya qurumunun müəyyən edəcəyi çərçivədir: “Yəni kommersiya qurumu, sadəcə, müəyyən reklamı mediaya satır və bununla da reklam olunan məhsulun daha çox auditoriyanın görməsini istəyir. Bəzi redaksiyaların ola bilsin ki, müəyyən etik kodeksləri var. Həmin kodekslər çərçivəsində redaksiyalar bu cür reklamları, hətta yüksək rəqəm təklif olunsa belə, yaymalı deyillər. Amma təəssüf ki, Azərbaycan mediasında redaksiyaların 90 faizinin hər hansı etik kodeksi yoxdur. Ona görə də bu tip həssas məsələlər cəmiyyətdə təbliğ olunur. Əgər müəyyən məhsulun reklamı qanunla qadağan deyilsə, ancaq əməl olaraq o, aludəçilik yaradırsa yaxud da yalnış şeyləri təbliğ edirsə, bu zaman redaksiyalar bunu öz etik kodeksinə salıb qəbul etməyə bilərlər. Ancaq yenə də qeyd etmək lazımdır ki, bunu hüquqi cəhətdən məhdudiyyət tətbiq etmək mümükün deyil. Bir sözlə, hüquqi baxımdan qanunvericilik buna məhdudiyyət tətbiq etmirsə, məsələyə, sadacə, etik baxımdan yanaşmaq olar”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.