“Yaşları 90-ı keçən vəzifə sahibləri var ki, zorla yeriyirlər, ancaq vəzifələrindən əl çəkmirlər” - ETİRAZ

12-05-2022, 14:24           
“Yaşları 90-ı keçən vəzifə sahibləri var ki, zorla yeriyirlər, ancaq vəzifələrindən əl çəkmirlər” - ETİRAZ
“Hər gün bir biabırçı video yayılır. Qocalıq biabırçılıq deyil, ancaq qoca olub yeriyə, qalxa bilməyib vəzifədə qalmaq isə biabırçılıqdır. Ölkədə belələrinin sayı həddindən artıq çoxdur. Bunlar sanki kresloya yapışıblar. Yaşları 80-i, bəzən 90-ı keçən vəzifə sahibləri var ki, zorla yeriyirlər, ancaq vəzifələrindən əl çəkmirlər. Bu, onların başçılıq etdikləri müəssisələrinin fəaliyyətini məhv etməsi bir yana, gənc nəslin gələcəyə olan ümidlərini də öldürür. Bir rektor vəzifədə neçə il qala bilər və həmin yerə layiq olan gənc kadr neçə il gözləməlidir?!”

Bunu tanınmış vəkil Aslan İsmayılov bildirib.

“Onların içində mənim də şəxsən hörmət etdiyim, peşələrində yadda qalan iz buraxmış, ölkəyə, xalqa fayda vermiş çoxlu hörmət sahibi olan ağsaqqallar var. Əgər özlərinin ağıllarına gəlmirsə, heç olmasa ailələri, qohum-əqarabaları onlara deməlidirlər ki, hörmətdən düşməmiş ərizəni yaz, həmin elm ocağında dosent, professor, akademik kimi fəaliyyət göstər. Yox, əgər bu da yoxdursa, onda hakimiyyət təmsilçiləri lazım olan addımı atmalıdırlar. Bu hərəkət hörmətli səxslərə saymazlıq deyil, öz vəzifələrinə hörmətdir” – A.İsmayılov qeyd edib. //pravda.az//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.