Özəlləşdirmə çekləri məsələsi aktuallığını qoruyur: "Vətəndaşlar onları əllərində saxlasınlar" - VİDEOMÜSAHİBƏ

17-05-2022, 00:01           
Özəlləşdirmə çekləri məsələsi aktuallığını qoruyur:
Son dövrlər özəlləşdirmə çeklərinin tədavül müddətinin uzadılacağı ilə bağlı ictimaiyyət arasında fikir formalaşıb. Təsadüfi deyil ki, bir sıra millət vəkilləri də çıxışlarında bu məsələni gündəmə gətirərək çeklərin yenidən istifadəsinə şərait yaradılmasının zəruriliyini qeyd ediblər.

Məlumat üçün bildirək ki, çeklərin dövriyyəyə buraxılmasına 1996-cı il yanvarın 1-dən başlanıb. Həmin dövrdə vətəndaşlara 31,9 milyon özəlləşdirmə çeki paylanılıb. Ulu öndər Heydər Əliyevin fərmanına əsasən, 1997-ci il yanvar ayının 1-dək anadan olmuş bütün ölkə vətəndaşlarına artıq miras-əmlak payı olaraq 4 çekdən ibarət özəlləşdirmə payları verilib. Vətəndaşlara verilən özəlləşdirmə çeklərinin hər birinin dəyəri eynidir. Fərmana əsasən, özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Hər bir çekin dəyəri isə 32-də bir milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda, bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub.

Teref.az yazır ki, son zamanlar özəlləşdirmə çekləri ilə bağlı məsələnin aktuallığı fonunda “VECON CONSULTING” şirkətinin direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, iqtisadçı Vüqar Oruc öz fikirlərini Yenicag.az-la bölüşüb.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.