“Stəkanda fırtına yaratmayın” - Gövhər Baxşəliyevadan alimə İRAD

18-05-2022, 12:47           
“Stəkanda fırtına yaratmayın” - Gövhər Baxşəliyevadan alimə İRAD
Ramiz Mehdiyevin istefasından sonra AMEA-da ciddi dəyişiklik gözə çarpmır. Əvvəlki vəziyyətin hələ də davam etdiyi, müsbət istiqamətdə dəyişikliyin olmadığı bildirilir.


Bu yaxınlarda Modern.az-a açıqlama verən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov bu gedişlə Akademiyanın ləğv oluna biləcəyini söyləyib.

“AMEA-nın bağlanması mümkün ola bilər. Hansısa qurum yaradılıbsa, heç vaxt dağıldımayacaq kimi bir anlayış yoxdur. Bəzən xalqa, dövlətə fayda verməyən bir qurumun ləğv olunması zərurəti yaranır. Bu qurum dövlətin elm potensialına heç bir töhfə verə bilmir. Ancaq dövlət büdcəsindən ora maliyyə yardımı ayrılır. Ola bilsin ki, bir qrup insan sadəcə o maliyyədən istifadə edir. Bir çoxu hətta varlanır, milyonçuya çevrilir. Ümumillikdə qurum funksiyasını itirib, barmaqlarını qaltalaya bilməzlər ki, filan qədər uğurumuz var. Orada dürüstlüyə çalışan əməkdaşlar təqib olunduqca, hansı inkişafdan danışmaq olar?" - tanınmış alim fikirlərini belə əsaslandırıb.

AMEA-nın ləğvi iddiasına Milli Məclisin sabiq deputatı, akademik, AMEA-nın İctimai Elmlər Bölməsinin rəhbəri Gövhər Baxşəliyeva münasibət bildirib.

Mövzu barədə Modern.az-a danışan Gövhər Baxşəliyeva AMEA-nın ləğvinə dair təkliflərlə razılaşmadığını deyib.

"AMEA Azərbaycanın böyük sərvətidir. Bu sərvəti yaşatmalı, onu qorumalıyıq. AMEA-nın ləğvini tələb etmək və bu kimi fikirlər səsləndirmək doğru deyil, stəkanda fırtına yaratmaq düzgün hal deyil" - deyən Gövhər Baxşəliyeva əlavə fikir bildirmək istəmədiyini vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.