“Yeni lazer silahları artıq Ukraynada istifadə olunur” - Borisov AÇIQLADI

19-05-2022, 00:02           
“Yeni lazer silahları artıq Ukraynada istifadə olunur” - Borisov AÇIQLADI
“Yeni lazer silahları artıq Ukraynada istifadə olunur”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Baş nazirin müavini Yuri Borisov fikir səsləndirib. O söhbətin “Zadira” komplekslərindən getdiyini deyib. Keçmiş silahlardan fərqli olaraq, bu komplekslərin hədəfi yandıra bildiyini və bahalı raketləri istifadə etməməyə imkan verdiyini açıqlayıb.

Əgər mövcud “Peresvet” lazer sistemləri hədəfi “kor” edirsə, yeni nəsil lazer silahları artıq obyektləri yandıra bilir. Buna görə də, “Pantsir və “Tövrat” kimi bahalı raketləri istifadə etməyə gərək qalmır. Baş nazirin müavini qeyd edib ki, bu cür yeni sistemlər müxtəlif siniflərə aid dronları 5 km-ə qədər məsafədə tamamilə sərbəst şəkildə vura bilir.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi 2017-ci ilin avqustunda yeni “Zadira-16” döyüş kompleksini sifariş edib. Müqaviləni Rusiya Federal Nüvə Mərkəzi həyata keçirib. Müqavilə həmin vaxt müdafiə nazirinin müavini vəzifəsini tutan Borisovun iştirakı ilə imzalanıb.

Baş nazirin müavini bildirib ki, “Zadira”nın sələfi “Peresvet” artıq orduya ardıcıl olaraq verilir. Onun sözlərinə görə, bu kompleks “1,5 min km-ə qədər orbitlərdə düşmənin bütün peyk kəşfiyyat sistemlərini kor edə və onları sıradan çıxara bilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.