Almaniya səhiyyə naziri: “Meymunçiçəyi yeni pandemiyanın başlanğıcı deyil”

25-05-2022, 11:04           
Almaniya səhiyyə naziri:
Almaniyanın səhiyyə naziri Karl Lauterbax bildirib ki, Avropada meymunçiçəyi epidemiyası yeni bir pandemiyanın başlanğıcı deyil.

“Bildiyimizə görə, bu virus xəstəliyinin yayılması tez-tez baş verir, onlara əlaqələri izləmə yolu ilə yaxşı nəzarət etmək olar. Beləliklə, bu, yeni bir pandemiyanın başlanğıcı deyil. Söhbət məlum patogenlə mübarizədən gedir və onunla mübarizə apara bilərik”, - deyə o, mətbuat konfransında bildirib.

Eyni zamanda, Lauterbax vurğulayıb ki, meymunçiçəyi xəstəliyinə ciddi yanaşmaq lazım deyil, çünki “bu epidemiyanın əvvəlkilərlə müqayisədə necə inkişaf edəcəyi hələ məlum deyil”. Nazir qeyd edib ki, xəstəliyin törədicisi mutasiyaya uğraya bilər. Onun sözlərinə görə, virusun başqa yollarla da keçə biləcəyi üçün xəstəliyin yalnız qorunmayan cinsi əlaqə yolu ilə keçməsi fikri düzgün deyil.

Mənbə: RİA Novosti












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru