"Dünyaya baxanda qazın qiyməti heç nədir, amma özümüzə baxanda bahadır" - Deputatdan nazirə cavab

25-05-2022, 20:35           
"Dünyaya baxanda qazın qiyməti heç nədir, amma özümüzə baxanda bahadır" - Deputatdan nazirə cavab
“Dünya bazarı ilə müqayisədə bizdə qazın qiyməti, təbii ki, aşağıdır. Qaz, neft istehsal edən ölkəyik. Bunu dünya standartları ilə ölçməli deyilik. Dünyaya baxanda qazın qiyməti heç nədir, amma özümüzə baxanda bahadır”. Teref.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas maliyyə naziri Samir Şərifovun Azərbaycanda qazın qiymətinin dünya ilə müqayisədə çox aşağı olması barədə fikirlərinə münasibət bildirərkən deyib.

“Qazı istehsal edirik, qonşudan almırıq. Xərc çəkmirik. Daşınma xərci yoxdur. Benzin istehsal edən iki zavodumuz var idi, ikisi də işləmir. Azərbaycan özü neft istehsal edir, benizini qonşudan alırıq. Belə şey olmaz axı”, - deputat bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru