Musa Quliyev: “Urudda tapılan qəbirüstü abidə atam İsa Quliyevə aiddir”

26-05-2022, 12:01           
Musa Quliyev: “Urudda tapılan qəbirüstü abidə atam İsa Quliyevə aiddir”
“REAL Partiyasının sədri İlqar Məmmədovun paylaşdığı qəbirüstü abidələr bizim kəndimizdəki Urud qəbristanlığına məxsusdur. Tapılan abidə də mərhum atam İsa Quliyevin qəbirüstü abidəsidir. Təəssüf ki, işğal altında olan bütün bölgələrimizi dağıtdıqları kimi ermənilər Urud qəbristanlığını da tamamilə məhv ediblər. Bu dağıntıları 2006-cı ildə Urudda olanda öz gözlərimlə gördüm. Amma o vaxt mənə qəbristanlıqda çəkiliş aparmağa icazə vermədilər. Yalnız uzaqdan boş dağılmış qəbir yerlərini çəkə bildim. Bundan sonra kitabımda həmin səfər barədə yazdım, bütün bu vandalizmlərin hamısını orada göstərmişəm”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

“Mənə ən çox təsir edən Uruddakı qədim alban-türk qəbristanlığının dağıdılması idi. XVI əsrə məxsus həmin qəbir daşları bir daha sübut edirdi ki, bu kənd qədimdən Azərbaycan türklərinə məxsus olub. Paylaşım üçün İlqar Məmmədova təşəkkürümü bildirirəm. Çox az vaxt qalıb. Allahın izni ilə öz doğma yurdlarımızı da, həmin qəbristanlığı da bərpa edəcəyik. Orada yatan insanların da ruhu sakit olacaq” - M.Quliyev qeyd edib.

Aytəkin Qardaşova












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru