"İnanmıram ki, Kiyevi işğal etmək mümkün olsun" - Rusiyalı səfir

30-05-2022, 00:11           
"İnanmıram ki, Kiyevi işğal etmək mümkün olsun" -
Rusiya Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zamanı Kiyevi ələ keçirməyi qarşısına məqsəd qoymayıb.

Sfera.az xəbər verir ki, bunu mayın 29-da Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin deyib.

"Bizim liderlərimizdən heç biri, nə prezident, nə də başqaları heç vaxt deməyiblər ki, biz Kiyevi tutmaq istəyirik. Mən inanmıram ki, Kiyevi tutmaq və ya işğal etmək mümkün olsun. Bu, böyük bir şəhərdir", deyə o, BBC-yə müsahibəsində bildirib.

Diplomat qeyd edib ki, Rusiya qoşunlarının sayını artırmağa ehtiyac yoxdur: "Ukraynadakı vəziyyəti adi vasitələrdən istifadə etməklə məhdud əməliyyatla həll edəcəyik. Ola bilsin, diqqət yetirmisiniz ki, biz qoşunlarımızın sayını artırmamışıq. Hesab edirik ki, bu vəziyyətin öhdəsindən gəlmək üçün onlar kifayətdir", - Kelin əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru