Elşad Miri din xadimlərinə meydan oxudu: "Mənimlə özlərini reklam edirlər"
30-05-2022, 13:03
““Quran” və din haqqında istənilən adam ilə müzəkirələr etmək istəmişəm. Hətta internet televiziyalarının birində adlar da çəkildi, mənimlə debata çıxmadılar. Hərəsi bir bəhanə gətirir".
Teref.az yazır ki, bu sözləri Cebhe TV-nin canlı efirində tanınmış ilahiyyatçı Elşad Miri deyib. Dinşunas buna səbəb kimi qarşı tərəfin hazırlıqlı olmamasını, bəhanə gətirməsini göstərib:
"Biri deyir ki, o, bizim "qırmızı xətt”imizi keçib. Mən də elə boş adam deyiləm ki, hər yerindən duran belə desin. Mənim özümə yazırlar ki, səninlə debata çıxmaq istəyirəm. Baxıram ki, kimdir, heç kim!"
Elşad Miri bildirib ki, debata çıxmaq istəyənlər özlərini onunla reklam edirlər:
"Deyir elə debata çıxmaq istəyirəm, niyə?! Mənimlə özünü reklam eləmək istəyirsənmi? Yoxsa mənim reklam olunmağımı istəyirsən? Nədir məqsədin? Bir faydası olacaqsa, əlbəttə. İndiyədək çıxdığım debatları görmüşəm. Nəyi danışıblar, nə ediblər?"