Hər şeyi mikroba oxşayan Əli Həsənov elədi - Balayev

31-05-2022, 16:43           
Hər şeyi mikroba oxşayan Əli Həsənov elədi - Balayev
Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə namizədliyim təklif olunanda öncə çəkindim. Amma sonra İttifaqın ümumi işi baxımından razılıq verdim. Rüstəmdən (İbrahimbəyov – red.) sonra işləmək asan deyil. Məni seçən hər kəsə təşəkkür edirəm.

Kult.az xəbər verir ki, bu sözləri Kinematoqrafçılar İttifaqının yeni sədri Rasim Balayev deyib.

“Hamının birgə iştirakı ilə işimizi qurmağı arzulayıram. Kino İttifaqını dağıtdılar. Dedilər, digər ittifaqa keçməsən, işdən çıxaracaqlar. Hər şeyi mikroba oxşayan Əli Həsənov korladı. Rüstəmə qarşı oyunlar oynanıldı, Əkrəm Əylisini məhv elədilər. Rüstəm möhkəm adam idi. Dedi, mən bütün bunlara dözəcəm, sən özünü gözlə. Nəhayət sonradan hər şey üzə çıxıdı. Ən böyük itkimiz onu itirməyimiz oldu. Rüstəm kimi adam tapılmayacaq. Mikroba oxşayan adamdan isə çox olacaq”, - o söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru